Pomidorun faydaları: Gündə neçə dənə yemək məsləhətdir?
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Pomidor həm ləzzəti, həm də sağlamlığa faydaları ilə mətbəxlərdə geniş istifadə olunur.
Pravda.az xəbər verir ki, C vitamini, likopen və beta-karotenlə zəngin olan pomidor ürək-damar, beyin və dəri sağlamlığını dəstəkləyir. Tədqiqatlar göstərir ki, pomidor xolesterolu azaldır, qan təzyiqini tənzimləyir və bəzi xərçəng növlərinin riskini azalda bilər.
Gündəlik tövsiyə:
Ekspertlər gündə 1-3 orta ölçülü pomidor yeməyi məsləhət görürlər. Bu miqdar immunitet sistemini gücləndirir, dərini qoruyur və həzm sistemini tənzimləyir.
Zərərləri nələrdir:
Çox pomidor yemək mədə turşuluğunu artıraraq reflü və həzm narahatlıqlarına səbəb ola bilər. Bəzi insanlarda allergiya və histamin həssaslığı yarana bilər.
Kimlər pomidordan ehtiyat etməlidir?
Reflü, həssas bağırsaq sindromu, histamin intoleransı və böyrək daşı problemi olan şəxslər pomidor qəbulunu məhdudlaşdırmalıdır.
Pomidor qan azlığını önləyirmi?
Pomidorun tərkibindəki yüksək C vitamini dəmirin sorulmasını artıraraq anemiyanın qarşısını almağa kömək edir.
Qeyd: Orta ölçülü pomidorda təxminən 22 kalori, 17 mq C vitamini, 292 mq kalium və 3,2 mq likopen var.
Əminə Bayramova

