Hücumlar başlayandan sonra heç bir İran vətəndaşı ölkəni tərk etməyib Səfirlik
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail-İran gərginliyi səbəbindən İran vətəndaşlarının Azərbaycanda qalıb ölkəyə qayıda bilməməsi barədə səfirliyə müraciət olmayıb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi mətbuat konfransında deyib.
O qeyd edib ki, mövcud gərginlikdən sonra İran dərhal Azərbaycan rəsmiləri ilə əlaqə qurub:
“Azərbaycan bununla bağlı köməyə hazır olduğunu bildirdi. Sərhəddən keçidlə bağlı lazımi addımlar atıldı. Ancaq vətəndaşlarımızın ölkəyə qayıda bilməməsi barədə bizə müraciət olunmayıb. Müraciətlər sadəcə Azərbaycandakı iranlı tələbələr tərəfindən edilib və onların da gedib-qayıtmasına şərait yaradılır”.
Diplomat bəyan edib ki, hücumlar başlayandan sonra heç bir İran vətəndaşı ölkəni tərk etməyib:
“İran sərhəddə təhlükəsizliyi təmin etmək istiqamətində fəaliyyətini davam etdirir. Həmçinin Azərbaycanın İrandakı və İranın Azərbaycandakı səfirliklərinin fəaliyyəti də davam etdirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















