Icma.az
close
up
RU
Porsche 2024 cü ildə xalis mənfəətini 30,3% azaldıb

Porsche 2024 cü ildə xalis mənfəətini 30,3% azaldıb

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif - Eldar Kərimov -  Banco.az

 Almaniyanın lüks avtomobil istehsalçısı "Porsche AG" 2024-cü ildə xalis mənfəətini və gəlirliliyini azaldıb və cari ildə gəlirliliyin daha da azalacağını proqnozlaşdırır.  

Şirkətin mətbuat relizində bildirildiyinə görə, hesabat ilində gəlir 1,1% azalaraq 40,1 milyard avroya düşüb.  

Əməliyyat mənfəəti 22,6% azalaraq 5,6 milyard avroya, xalis mənfəət isə 30,3% azalaraq 3,6 milyard avroya enib.  

Avtomobil tədarükləri 3% azalaraq 310,7 min ədəd təşkil edib.  

Əməliyyat gəlirliliyi əvvəlki ilin 18%-i ilə müqayisədə 14,1%-ə düşüb.  

2025-ci ildə avtomobil istehsalçısı gəlirliliyin 10-12%-ə enməsini gözləyir və gəlirin 39-40 milyard avro aralığında olacağını proqnozlaşdırır.  

"Porsche" rəhbərliyi illik dividendləri 2023-cü il səviyyəsində - bir səhmə 2,3 avro olaraq tövsiyə edib.  

Şirkət həmçinin 2029-cu ilə qədər ümumilikdə 3,9 min işçini ixtisara salmaq niyyətində olduğunu bildirib. Təxminən 1,9 min işçi kompensasiya paketləri, erkən pensiyaya çıxmağın stimullaşdırılması və yeni işçilərin işə qəbulunun məhdudlaşdırılması yolu ilə ixtisara salınacaq, daha 2 min iş yeri isə müddətli əmək müqavilələrinin müddəti bitdikdən sonra ləğv ediləcək.  

Çərşənbə günü ticarət zamanı "Porsche" səhmləri 3,9% ucuzlaşıb. İlin əvvəlindən bəri şirkətin kapitallaşması 6,4% azalaraq 51,7 milyard avroya düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Mart 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri