Portuqaliya klubunun futbolçuları üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Portuqaliyanın "Qondomar" klubunun oyunçuları 2025/2026 mövsümündə üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Formaların üzərində Dioqu Jota və onun qardaşı Andrenin şəkilləri yerləşdirilib. Jota futbolçu karyerasına (2005–2013-cü illər) “Qondomar”ın akademiyasında başlayıb.
Qeyd edək ki, D.Jota iyulun 3-də avtomobil qəzası nəticəsində 28 yaşında dünyasını dəyişib. O, 2020-ci ildən İngiltərənin "Liverpul" klubunda çıxış edirdi. O, Premyer Liqa təmsilçisinin formasında meydana çıxdığı 182 matçda 65 qol və 26 məhsuldar ötürmə müəllifi olub.
Bu mövzuda digər xəbərlər:Çelsi klubu Dioqu Jotanın ailəsinə yardım edəcək
14 Avqust 2025 12:36
Dioqu Jotanın uğradığı qəzanın detalları məlum olub
09 İyul 2025 12:22
Dioqu Jotanın dəfnindən sonra ajiotaj yarandı, polis çağırıldı
06 İyul 2025 15:51
Portuqaliya millisində Dioqo Jotanın nömrəsini daşıyacaq futbolçu məlum olub
31 Avqust 2025 11:33
Dioqu Jotanın yanan avtomobilinin videosunu çəkən şəxs faciədən danışdı
10 İyul 2025 14:37
Baxış sayı:118
Bu xəbər 03 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















