Portuqaliya kütləvi işıqlandırmadan sonra müstəqil komissiya yaradacaq
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Portuqaliyanın Baş naziri Luis Monteneqro bazar ertəsi günü baş verən genişmiqyaslı elektrik kəsintisindən sonra ölkənin enerji sistemini və böhrana qarşı fəaliyyət mexanizmlərini qiymətləndirmək məqsədilə müstəqil komissiya yaradılacağını açıqlayıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, baş nazir fövqəladə vəziyyətin səbəblərinin araşdırılması üçün bütün imkanların səfərbər edildiyini bildirib.
“Portuqaliyada bu böhranla bağlı reaksiya və idarəetmə üsullarını, elektrik sisteminin davamlılığını və bərpasını, habelə mühüm infrastruktur və xidmətlərin fasiləsizliyini qiymətləndirmək üçün Müstəqil Texniki Komissiya yaratmaq qərarına gəlmişik”, – deyə Monteneqro vurğulayıb.
Hökumətin təklifinə əsasən, komissiya yeddi nəfərdən ibarət olacaq. Onların arasında energetika, rabitə sistemləri, mülki müdafiə və səhiyyə sahələri üzrə ekspertlər, eləcə də parlament tərəfindən təyin olunacaq üç nümayəndə yer alacaq.
Monteneqro bildirib ki, 18 mayda keçiriləcək növbədənkənar parlament seçkiləri səbəbindən komissiya yalnız yeni parlament formalaşdıqdan sonra fəaliyyətə başlaya biləcək.
Baş nazir həmçinin qeyd edib ki, hökumət bu məsələnin bütün aspektləri üzrə aparılacaq qiymətləndirmələrin nəticələrinə tam sadiq qalacaq.
Monteneqro, Avropa İttifaqının aidiyyəti strukturları ilə əməkdaşlıq qurmaq və belə halların səbəblərini araşdırmaq üçün daxili təhqiqat aparmaq niyyətində olduqlarını da açıqlayıb.
Qeyd edək ki, bazar ertəsi saat 12:30 radələrində Pireney yarımadasında, o cümlədən Portuqaliya, İspaniya və Fransanın bir hissəsində elektrik enerjisinin verilişində genişmiqyaslı kəsinti baş verib.
Şəbnəm
Baxış sayı:138
Bu xəbər 30 Aprel 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















