Portuqaliyalı qapıçı: “Qarabağ”da dostlarım var”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”da dostlarım var. Dani Bolt (“Torreense”) və Pedro Bikalyo (“Santa Klara”) komanda yoldaşım olub, onlarla dostluq münasibətim var. Əlaqələrimiz çox yaxşıdır”.
Bu sözləri “Şamaxı”nın qapıçısı Rikardo Fernandes deyib.
32 yaşlı portuqaliyalı qolkiper Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda sabah “Qarabağ”la qarşılaşacaqları matça hazırlıqdan danışıb.
“Onların çıxışlarını izləyirəm. Rəqibimiz olduqları üçün onları izləmək vacibdir ki, Çempionlar Liqasında nə etdiklərini və bizim çempionatda nələr edə biləcəklərini bilək. Çətin oyun olacaq. “Qarabağ” çempionatın ən yaxşı komandalarından biridir. Bir neçə gün hazırlaşmaq imkanımız oldu. Əsas istəyimiz meydanda öz oyunumuzu oynamaq və arzuladığımız nəticəni qazanmaqdır. İnanırıq ki, yaxşı çıxış edib sərfəli nəticə əldə edəcəyik”, - deyə o, teleqraf.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək “Şamaxı” - “Qarabağ” oyunu fevralın 5-də saat 14:30-da baş tutacaq.
Baxış sayı:84
Bu xəbər 04 Fevral 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















