Icma.az
close
up
RU
Post münaqişə dövründə də Səudiyyə Ərəbistanı Azərbaycana dost münasibəti göstərir

Post münaqişə dövründə də Səudiyyə Ərəbistanı Azərbaycana dost münasibəti göstərir

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının parlamenti - Milli Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsini səs çoxluğu ilə təsdiq edib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev parlamentin plenar iclasında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəflər münasibətlər barədə çıxış edərək aşağıdakıları bildirib:

Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında imzalanan Anlaşma Memorandumu həmçinin hökumətimizin viza məsələləri sahəsində şəffaflıq siyasətini, eləcə də, ölkəmizin beynəlxalq birliyin üzvü olan dost dövlətlərlə münasibətlərin inkişafına verdiyi dəyəri göstərir.

Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı Krallığı ilə həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli müstəvidə sıx əməkdaşlıq edir. Bu ali dövlət orqanında-Milli Məclisdə ikitərəfli dövlətlərarsı münasibətlərin xarakteri, Səudiyyə Ərəbistanının qanunsuz işğala görə Azərbaycanın haqqlı mövqeyinə uzun illər verdiyi dəstək barədə fikirlərimi bildirmək istərdim.

Dost və qardaş Səudiyyə Ərəbistanı ilə münasibətlərin əsaslarının formalaşdırılmasına Azərbaycanın mərhum prezidenti, Ümummilli Lider Heydər Əliyevin 30 il əvvəl, 1994-cü ildə bu ölkəyə etdiyi rəsmi səfər ciddi töhfə vermişdir. Ümummili Liderin İki Müqəddəs Ocağın Xadimi, mərhum Kral Fəhd bin Əbdüləziz Al Səudla əldə etdiyi razılaşmalarla və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın ümumi istiqamətlərinə dair imzalanan hökumətlərarası Baş Sazişlə ikitərəfli münasibətlərin möhkəm təməli qoyuldu. Məhz bu fundament üzərində qurulan və son 30 il ərzində iki dövlət arasında inkişaf edən əlaqələr Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş” münasibətlər kimi dəyərləndirilir. Hesab edirəm ki, bu strateji tərəfdaşlığın ikitərəfli yazılı sənəddə də hüquqi baxımından təsbit olunması aktual və zərurə məsələ kimi diplomatiyamızın qarşısında durur.

Bu qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biri, Səudiyyə hökumətinin torpaqlarımızın beynəlxalq hüquqa zidd işğalına uzun illər qlobal diplomatik müstəvidə göstərdiyi dəstək mövqeyi olmuşdur. Bir faktı vurğulamaq istərdim ki, Azərbaycan Respublikası 2023-ci ilin sentyabrında suverenliyini tam bərpa edənədək Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmamışdır. Bu illər ərzində həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda göstərilən qarşılıqlı dəstək yüksək qiymətləndirilməlidir.

Əlaqələrimizin müsbət dinamika ilə inkişafı və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 2-3 il ərzində iki ölkə arasında müşahidə olunan qarşılıqlı səfərlər dinamikası buna əyani sübutdur. 2022-2023-cü illər ərzində Səudiyyə Ərəbistanı və Azərbaycan arasında müxtəlif səviyyələrdə qarşılıqlı olaraq 16 səfər həyata keçirillmişdir.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr də vacib yer tutur. Milli Məclis Sədrinin ötən illər ölkəmizdə səfərdə olan çoxsaylı Səudiyyəli nümayəndə heyətlərinin rəhbərləri ilə Milli Məclisdəki görüşləri buna misaldır.

Post münaqişə dövründə də Səudiyyə Ərəbistanının dost münasibətini faktlarla izah etmək olar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyəti üçün ayrılan 3 milyon ABŞ dolları məbləğində dəstək minnətdarlıqla qeyd edilməlidir. Bu digər dövlətlər üçünbir nümunədir. 30 illik işğalın nəticəsi olaraq bu gün də Azərbaycan ərazilərinin 12% mina və partlamamış hərbi sursatlarla çirklənmiş olaraq qalmaqdadır.

Səudiyyə Ərəbistanı investisiya naziri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən ilk əcnəbi hökumət üzvlərindən olub. Səudiyyəli nazir energetika, xüsusilə “yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmaqda maraqlı olduqlarını qeyd edib. İqtisadi əməkdaşlıq potensialı böyükdür, layihələr üçün geniş imkanlar var. iki ölkə arasında iqtisadi əməkdaşlıq komissiyaları bu istiqamətdə fəaliyyətlərini uğurla davam etdirirlər.

Sonda fikirlərimi bu ölkədə yerləşən iki müqəddəs məscidin İslam dini üçün malik olduğu dəyərlərə Ümummilli Liderimiz Heydər Əliyev və cənab Prezident İlham Əliyevin göstərdiyi ehtiramı vurğulamaqla yekunlaşdırmaq istərdim. Belə ki, həm Ümummilli Lider və həm də cənab Prezident Səudiyyə Ərəbistanına etdikləri səfərlər çərçivəsində Məkkə və Mədinə şəhərlərində olub, Ümrə ayinini yerinə yetirib, Məhəmməd (s) Peyğəmbərin qəbrini ziyarət ediblər. Allah qəbul etsin.

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 30 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri