“Post sovet”dən “post rus” Ermənistana: Paşinyan təhdidləri BELƏ aradan qaldırır ŞOK SSENARİ KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da paylaşdığı məlumatda “Armeniya Elektrik Şəbəkələri” şirkətinin (məhbus rus biznesmeni Samvel Karapetyana məxsus) milliləşdirilməsi planının hazır olduğunu və tezliklə praktikaya keçəcəyini bildirib.
Paşinyan həmçinin dövlət çevrilişi cəhdindən danışıb. Ermənistanın Civic nəşri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, Karapetyan, “Qazprom Armenia” və RJD-yə məxsus Cənubi Qafqaz Dəmir Yollarının iştirakı ilə hökumətin devrilməsi planını açıqlayıb. Sənədin linkini Paşinyan özü də paylaşıb.
Zorakı yolla hakimiyyət ələ keçirmək və sabitliyi pozmaq ittihamları ilə həbs edilən Karapetyanın saxlanması ilə eyni vaxtda Paşinyan ENA-nın fəaliyyəti barədə tənqidlər səsləndirib və şirkəti ölkənin energetika sisteminə zərərli adlandırıb. Bu addım iqtisadi tədbir kimi yox, strateji resursa dövlət nəzarətini bərpa etmək kimi qiymətləndirilib.
Lakin bu ritorikanın arxasında Ermənistanın daxili və xarici siyasətində daha dərin dəyişiklik dayanır. ENA-nın milliləşdirilməsi təkcə konkret biznesmendən qurtulma deyil, həm də ölkənin rus iqtisadi orbitindən tədricən ayrılması deməkdir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 İyun 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















