Icma.az
close
up
RU
PostƏsəd dövrü Suriyaya nə vəd edir?

PostƏsəd dövrü Suriyaya nə vəd edir?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hökumət əleyhinə qüvvələrin zərbələri altında Suriyada hakimiyyət devrildi. Suriya ordusunun yaraqlıların irəliləməsinə müqavimət göstərməkdən imtina etməsindən sonra prezident Bəşər Əsədin Moskvada sığınacaq tapdığı məlum oldu. Amma Suriya savaşı bitmədi, strateji bölgəyə nəzarət uğrunda mübarizə yeni müstəviyə keçdi. Dünyanın müxtəlif paytaxtlarından səsləndirilən bəyanatlardan belə qənaətə gəlmək olur ki, Suriyada nüfuz bölgüsü uğrunda aparılacaq mübarizə heç də asan keçməyəcək.

Bazar günü səhər hökumət əleyhinə qüvvələr paytaxtı döyüşmədən tərk edən Suriya ordusunun bölmələrinin müqaviməti ilə qarşılaşmadan Dəməşqə daxil oldular. Suriya ordusunun bir hissəsi üsyançıların tərəfinə keçdi, digər hissəsi qonşu İraqa qaçdı. Doğrusu, prezident Bəşər Əsədin hakimiyyətinə belə qəfil son qoyulması hamı üçün sürpriz oldu. Noyabrın 27-dən etibarən İdlib vilayətindən hücuma keçən suriyalı yaraqlıların bir-birinin ardınca vilayətlərə nəzarəti inamla ələ keçirmələrinə baxmayaraq, son ana qədər Suriya qoşunlarının islamçı üsyanı lokallaşdıra və rejimin süqutunun qarşısını ala biləcəyinə ümid var idi. Bu illüziya Suriya Müdafiə Nazirliyinin rəsmi açıqlamaları ilə də dəstəklənirdi.

Suriyalılar da ordu komandanlığına inanırdılar. Ancaq bu arxayın mesajlar bazar günü ölkə sakinlərinin oyandığı yeni reallıq tərəfindən tez bir zamanda təkzib edildi. İnformasiya məkanından itən prezident Əsədin harada olması sualının cavabsız qalması da panikanı daha da artırdı. Bir qədər sonra “Reuters” agentliyi mənbələrinə istinad edərək Əsədin təyyarə qəzasında həlak ola biləcəyi versiyasını irəli sürdü. Bir neçə saat ərzində Suriya prezidentinin harada olduğu naməlum qaldı və yalnız axşam saatlarında Rusiya xəbər agentlikləri Kremldəki mənbəyə istinadən Bəşər Əsədin ailəsilə birlikdə Moskvaya gəldiyi barədə xəbər yaydılar.

Suriyada hakimiyyətin iflic vəziyyətində baş nazir Məhəmməd Qazi əl-Cəlali təşəbbüsü ələ aldı. O, Suriyanın ali rəhbərliyinin baş verənləri şərh etməyə qadir olan və hakimiyyətin keçidi prosesinə başlamaq qabiliyyətini nümayiş etdirə bilən yeganə nümayəndəsi oldu. Prezidentin, eləcə də müdafiə naziri Əli Mahmud Abbasi və xarici işlər naziri Bassam Sabbaqinin harada olduğunu bilmədiyini vurğulayan Məhəmməd Qazi əl-Cəlali şəxsən ölkəni tərk etmək niyyətində olmadığını diqqətə çatdırdı. Onun bir neçə digər nazirlə birlikdə Dəməşqə daxil olan “Həyat Təhrir əş-Şam” silahlı qruplaşmasının yaraqlılarının rəhbərliyi ilə artıq əlaqə yaratdığı bildirilir. Suriya baş nazirinin bəyanatından belə çıxır ki, ölkədə azad seçkilər keçirilməli, bunun nəticəsində yeni hakimiyyət orqanları formalaşdırılmalıdır.

Daha sonra Suriya müxalifəti adından müvəqqəti hökumətin rəhbəri elan olunmuş Əbdürrəhman Mustafa ayrıca bəyanatla çıxış etdi. “Bu gün bizim üçün xüsusi gündür. Bu gün Suriyanın yeni doğulduğu gündür. Bundan sonra bizim mübarizəmiz yeni Suriyanın qurulmasına yönələcək”,– deyən Mustafa əlavə etdi ki, ən mühüm vəzifələri “dövlət institutlarının qorunması və mülki şəxslərin müdafiəsi” olacaq. Eyni zamanda, müxalifət nümayəndələri prezident Əsədin dövründə dövlət orqanlarında çalışan məmurları təqib etməyəcəklərini bildirirlər. İslamçıların əməliyyat qərargahının məlumatına görə, Suriyadakı inzibati obyektlər yeni hakimiyyətlər formalaşana qədər əvvəlki kimi maneəsiz fəaliyyət göstərəcək. Ancaq hökuməti devirən qüvvələrin mötədil çıxışlarına baxmayaraq, Dəməşqdə və digət şəhərlərdə talanların qarşısını almaq mümkün olmadı.

Ölkədə Rusiya hərbçilərinin mövcudluğuna baxmayaraq, prezident Əsədin hakimiyyəti iki həftədən az müddətdə çökdü. Yaxın vaxtlara qədər İran, Suriya ilə qonşu Livanda yerləşən “Hizbullah” və regiondakı digər İranpərəst birləşmələr də prezident Əsədə təsirli xarici dəstək qrupu kimi görünürdülər. Lakin öz ordusunun gözlənilmədən müqaviməti davam etdirməkdən imtina etdiyi bir şəraitdə dost xarici qüvvələr ciddi kömək göstərməyin mənasızlığını anladılar. Bu, anti-hökumət qüvvələrinə əməliyyatlarını yüngül bir gəzintiyə çevirməyə imkan verdi.

Bəs bundan sonra necə olacaq? Postəsəd dövrü Suriya xalqına və regiona nə vəd edir? Suriyanın ərazi bütövlüyü qorunacaqmı? Türkiyə bildirir ki, Suriyanın ərazi bütövlüyü qorunmalıdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında dedi ki, Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq. O, diqqətə çatdırdı ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir. Nazir onu da bildirdi ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq. Eyni zamanda, H.Fidan bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırdı: “Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır”.

Siyasi icmaçılar bildirirlər ki, Suriyada hakimiyyətin süqutu Rusiya və İranın regional siyasətinə ciddi zərbə vurdu. Rusiya KİV-i yazır ki, Ukrayna böhranının ən qızğın vaxtında Bəşər Əsədin devrilməsi Rusiyaya qarşı yeni cəbhənin açılması təhlükəsini yaratdı. Eyni zamanda, Suriyadakı hərbi bazalarını itirməsi Rusiyanın regional təsirini xeyli zəiflətdi. Tartus limanındakı hərbi donanmasını itirməsi isə Moskvanın Afrikaya olan dəniz qapısını bağlayacaq. TASS agentliyi xəbər verir ki, silahlı dəstələr Tartus və Cebla ərazilərindədir, ancaq Rusiya bazalarına müdaxilə etmirlər. Amma şübhə yoxdur ki, Rusiyanın bölgədəki mövcudluğu Suriyanın yeni sahiblərinin və hökumətin devrilməsində fəal rol oynayan aktorların qərarından asılı olacaq. Hərbi ekspert, istefada olan general-leytenant Yuri Netkaçev düşünür ki, ABŞ və bir sıra digər ölkələr Rusiya qoşunlarının Yaxın Şərqdə olmasına qarşıdır. Hərbi ekspertin sözlərinə görə, Rusiyanın Suriyadakı əsas müttəfiqi İranın da zəiflədiyi aydın oldu: “Tehrandan Aralıq dənizinə gedən “şiə yolu” faktiki olaraq məhv edildi. Bu isə Rusiya üçün o qədər də yaxşı amil deyil”.

Ancaq ərəb dünyasında ciddi müttəfiqini itirən İran bildirir ki, Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqa hazırdır. “Reuters” İrandakı mənbəsinə istinadən Tehranın üsyançıların rəhbərliyindəki bəzi qruplarla qarşılıqlı əlaqə üçün birbaşa kanallar yaratdığını yazır. İran hakimiyyətinin adı açıqlanmayan nümayəndəsinin sözlərinə gröə, “Tehran düşmən trayektoriyasının qarşısını almaq üçün Suriyanın yeni rəhbərliyi ilə qarşılıqlı fəaliyyətə hazırdır”. İranın “düşmən trayektoriyası” ilə mübarizədə Suriyanın yeni sahiblərinin Tehrana kömək edəcəklərini demək çətindir. Bundan başqa, müvəqqəti hökumətin İranın Suriyadakı təsirini saxlamasına razılıq verəcəyi də çətin görünür. Ona görə ki, hazırda Suriyada söz sahibi olan “Həyat Təhrir əş-Şam” qruplaşmasının liderləri prezident Əsədin müttəfiqlərinə yaxşı münasibət bəsləmirlər.

Suriyadakı hadisələrdən ən çox qazanclı çıxan ölkənin Türkiyənin olduğu bildirilir. Analitiklərin sözlərinə görə, Dəməşqin ələ keçirilməsindən bir neçə saat əvvəl Dohada keçirilən son görüşdə Rusiya və İranın xarici işlər nazirləri Ankaranın Suriyadakı təsirini etiraf etməyə məcbur oldular. Almaniyanın “Bild” nəşri də bundan sonra Suriyada heç bir planın Türkiyəsiz həyata keçirilə bilməyəcəyini vurğulayır. Bunu bölgədə nüfuz uğrunda vuruşmağa hazırlaşan aktorlar da yaxşı anlayırlar. Bununla belə, bəzi siyasi ekspertlər iddia edirlər ki, Türkiyə və ABŞ da daxil olmaqla heç bir ölkə yeni şərtlər daxilində Suriyada vahid lider ola bilməyəcək. Buna görə də, Suriyanı qarşıda daha ciddi sınaqlar gözləyir, çünki ölkənin gələcəyi böyük aktorların strateji məsələlərdə razılığa gəlib-gəlməyəcəklərindən çox asılı olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see391

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see340

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see301

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see226

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see212

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see196

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see187

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see183

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see179

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see174

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see174

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırıldı

16 İyun 2026 23:02see168

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see166

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see166

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see164

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see163

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see163

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see159

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see158

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri