Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Kiberdələduzluq kriminal epidemiyaya çevrilir

Kiberdələduzluq kriminal epidemiyaya çevrilir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ehtiyatsızlıq və aldanmaq insanları bu bəlanın qarşısında müdafiəsiz qoyur

Müasir dünyada rəqəmsallaşma gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Hər gün milyardlarla insan virtual xidmətlərdən faydalanaraq məlumat mübadiləsi aparır, onlayn ödənişlər edir. Lakin texnoloji mühitin təqdim etdiyi bu rahatlıq özü ilə bərabər, gözlənilməz təhlükələr də gətirir.

Hazırda dünyada 5,4 milyarddan çox insan internetdən yararlanır. Bu isə qlobal əhalinin, təxminən, 67 faizi deməkdir. Ölkəmizdə də bu dinamika yüksələn xətlə inkişaf edir. Rəsmi məlumatlara əsasən, internet istifadəçilərinin ümumi göstəricisi əhalinin hər 100 nəfərinə 2017-ci ildə 79,0 nəfər olduğu halda, illər üzrə ardıcıl olaraq artaraq 2020-ci ildə 84,6, 2022-ci ildə 88,1, 2023-cü ildə 89,2, 2024-cü ildə 90,8, 2025-ci ildə isə 91,5 nəfərə çatıb.

Regional bölgü də rəqəmsal əlçatanlığın yüksək səviyyədə olduğunu təsdiqləyir: şəhər yerlərində bu göstərici hər 100 nəfərə 95,9, kənd yerlərində isə 86,3 nəfər təşkil edir. Hətta 6–15 yaş qrupundakı uşaqlar arasında da internet istifadəçilərinin sayı hər 100 nəfərə 89,5 nəfərdir. Paralel olaraq, mobil bağlantıların ümumi sayı ölkə əhalisinin sayını üstələyərək 118 faizə yüksəlib.

İnternetin kütləvi istifadəsi, sosial şəbəkələrdəki yüksək aktivlik və rəqəmsal məlumatların geniş dövriyyəsi kibercinayətkarlar üçün yeni imkanlar yaradır. Bu cinayətlər maliyyə fırıldaqları, məlumat oğurluğu, dələduzluq, şəxsi identikliyin ələ keçirilməsi və sistemlərin pozulması kimi müxtəlif formalarda özünü göstərir.

Qlobal miqyasda kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər 8 trilyon ABŞ dollarını keçib. Hətta bu rəqəmin yaxın illərdə 10 trilyon dollardan çox olacağı proqnozlaşdırılır. Təhlillərə görə, bütün kiberhücumların və məlumat sızmalarının, təxminən, 74–90 faizi sistemin zəifliyindən deyil, məhz istifadəçilərin ehtiyatsızlığından və rəqəmsal savadlılıq səviyyəsinin aşağı olmasından qaynaqlanır.

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) və digər beynəlxalq qurumların hesabatlarına əsasən, yaşlı insanlar rəqəmsal yeniliklərə az bələd olduqları üçün kiberfırıldaqçıların hədəfinə daha çox çevrilirlər. 18-35 yaş arası gənclər də onların hücumuna məruz qalır, internetdə və sosial şəbəkələrdə həddindən artıq aktiv olduqları üçün saxta keçidlər (linklər), iş elanları və kriptovalyuta fırıldaqlarının qurbanı olurlar.

Mövzu ilə bağlı fikirlərini bölüşən İT mütəxəssisi Fərid Kazımov söylədi ki, bəzi istifadəçilərin belə bir problemlə qarşılaşması onların şəxsi məlumatlarına qarşı diqqətsizliyindən və rəqəmsal savadsızlıqdan irəli gəlir:

– Rəqəmsal dələduzlar texniki vasitələrdən daha çox, psixoloji təsir metodlarına əl ataraq insanların vəsaitlərini ələ keçirməyə çalışırlar. Bu səbəbdən maliyyə resurslarını və kart məlumatlarını qorumaq üçün bir neçə qaydaya əməl edilməlidir. İlk növbədə, hər bir hesab üçün mürəkkəb və fərqli şifrələr təyin olunmalıdır. Təcrübə göstərir ki, bir çox istifadəçinin bütün platformalarda eyni və ya asan təxmin edilən kodlardan yararlanması təhlükəsizlik riskini dəfələrlə artırır. Məlumatların fırıldaqçıların əlinə keçməməsi üçün parolların müxtəlifliyi və təhlükəsizliyi başlıca şərtdir.

Bununla yanaşı, ikiqat təsdiqləmə mexanizmindən mütləq yararlanmaq lazımdır. Bəzi mobil tətbiqlər təhlükəsizlik üçün bir neçə mərhələli və ya ikitərəfli giriş imkanı təqdim edir. İstifadəçilər onlara göndərilən naməlum SMS, elektron məktub və ya video keçidlərinə qarşı son dərəcə ehtiyatlı olmalıdırlar. Xüsusilə mesajlaşma tətbiqlərində bəzi hesabları ələ keçirən dələduzlar şəxsin adından onun tanışlarına saxta keçidlər və videolar göndərirlər. Əgər hər hansı bir tanışınız adətən göndərmədiyi şübhəli bir link ötürürsə, bu artıq haqlı olaraq şübhə yaratmalıdır. Eyni zamanda, maliyyə əməliyyatları zamanı bank tərəfindən göndərilən birdəfəlik təsdiq kodlarını, səbəbindən asılı olmayaraq, heç kəsə bildirmək olmaz.

Onlayn ödənişlər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə ayrıca virtual və ya əlavə bank kartının olması əlverişli üsuldur. Əsas hesabdakı vəsaiti təhlükəyə atmamaq üçün bu karta yalnız alış-veriş zamanı lazımı qədər məbləğ köçürülərsə, kiberdələduzların vuracağı zərər minimuma enər. Hazırda eyni valyutada hesabların açılmasına dair müəyyən məhdudiyyətlər olsa da, müxtəlif bankların xidmətlərindən yararlanmaqla bu modeli tətbiq etmək mümkündür. Sadalanan qabaqlayıcı tədbirlər və gündəlik ehtiyatlı vərdişlər kibertəhlükələrdən qorunmağın ən yaxşı yoludur.

Əhalinin rəqəmsal savadlılığının zəruri olduğunu qeyd edən ekspert vurguladı ki, maarifləndirmə prosesi kütləviləşməli və bu məsələdə yük yalnız dövlət qurumlarının üzərinə düşməməlidir:

– Dövlət qurumları, maliyyə institutları, media və müstəqil ekspertlər birgə fəaliyyət göstərərək vahid ekosistem formalaşdırmalıdırlar. Xüsusilə banklar müştərilərinin rəqəmsal təhlükələrə qarşı müqavimətini artırmaq üçün profilaktik layihələrdə maraqlı olmalıdırlar. Bu çərçivədə baza bilikləri əhatə edən onlayn resurslar və ya oyunlaşdırma (gamifikasiya) modelinə əsaslanan proqramlar hazırlanmalıdır. İstifadəçilər bu təlimləri tamamlayaraq sertifikat əldə edə bilərlər.

Lakin təhlükələr daim yeniləndiyi üçün bu cür kurslar və təlim proqramları da mütəmadi olaraq yenilənməlidir. Maarifləndirmə tədbirləri yalnız böyüklərə deyil, həm də məktəblərdə uşaqlara maraqlı və stimullaşdırıcı formatda təqdim edilməlidir.

Son dövrlərdə süni intellektin sürətli inkişafı fonunda kiberdələduzlar yeni üsullara əl atırlar. Artıq fırıldaqçılar vətəndaşları, xüsusən də yaşlı insanları aldatmaq üçün onların yaxınlarının səs və video görüntülərini saxtalaşdıraraq zəng vurur, təcili pul tələb edirlər. Bunun qarşısını almaq üçün ailə daxilində xüsusi parol sistemi formalaşdırılmalıdır ki, hər hansı şübhəli zəng zamanı həmin parolu soruşmaqla qarşı tərəfin həqiqətən ailə üzvü olub-olmadığını yoxlamaq mümkün olsun. Vətəndaşlar hər hansı dövlət orqanından, bankdan və ya digər qurumdan zəng etdiyini deyən şəxslərə də dərhal inanmamalıdırlar.

Zənglərin doğruluğunu yoxlamaq üçün xüsusi rəqəmsal platformalar və ya yoxlama mexanizmləri yaradılmalıdır. Çünki fırıldaqçılıq təkcə onlayn mühitdə deyil, fiziki müstəvidə də baş verir. Xüsusən bank adından edilən zənglər artıq ciddiliyini itirsə də, aidiyyəti qurumların iştirakı ilə qabaqlayıcı protokollar formalaşdırılmalıdır. Vətəndaş bu təhdidlər qarşısında tək qalmamalı, dövlət, maliyyə sektoru və cəmiyyət kibercinayətkarlığa karşı birgə mübarizə aparmalıdır.

Elenora HƏSƏNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri