Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Postmünaqişə məkanından geosiyasi legitimlik modelinə

Postmünaqişə məkanından geosiyasi legitimlik modelinə

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxud Azərbaycanın WUF13-ün tribunasından dünyaya verdiyi mesajlar 

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun BMT-nin Ümumdünya Şəhərsalma Forumunun – WUF13-ün sessiyasında səsləndirdiyi fikirlər postmünaqişə dövrünün siyasi fəlsəfəsini əks etdirən strateji tezis kimi qiymətləndirilə bilər. 

“Xarabalığa çevrilmiş şəhərlər” və “çökmüş mənzil sistemləri” haqqında deyilənlər regionda uzun illər davam etmiş münaqişənin siyasi, sosial və geosiyasi nəticələrinin beynəlxalq auditoriyaya təqdim olunması idi. Ağdamın uzun illər “Qafqazın Xirosiması” kimi xarakterizə olunması işğal dövründə bölgədə formalaşmış dağıntının miqyasını və postmünaqişə reallığının dərinliyini bu auditoriyaya çatdıran siyasi simvola çevrilmişdi. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin, kəndlərin və sosial infrastrukturun tamamilə dağıdılması faktının beynəlxalq platformalarda xüsusi vurğulanması Azərbaycanın sonrakı mərhələdə qurmağa çalışdığı siyasi kommunikasiya strategiyasının mühüm hissəsidir. Burada məqsəd Qarabağ məsələsini humanitar və inkişaf diskursu çərçivəsində qlobal gündəliyə daxil etməkdir. 

Müasir beynəlxalq münasibətlər sistemində humanitar faktorlar, mülki əhalinin yaşadığı sosial dağıntılar və postmünaqişə reabilitasiyası dövlətlərin beynəlxalq mövqeyinə təsir edən əsas elementlərdən birinə çevrilib. Azərbaycan da məhz “dağıdılmış yaşayış məkanı” narrativini ön plana çıxarmaqla beynəlxalq ictimaiyyətə münaqişənin ciddi humanitar nəticələr yaratdığını nümayiş etdirməyə çalışır.  Eyni zamanda bu ritorika Azərbaycanın yenidənqurma siyasətinə beynəlxalq dəstək formalaşdırmaq məqsədi daşıyır. BMT kimi qlobal platformalarda səsləndirilən mesajlar beynəlxalq donor təşkilatları, inkişaf institutları və çoxtərəfli maliyyə mexanizmləri üçün də siyasi siqnal rolunu oynayır. Çünki postmünaqişə məkanlarında bərpa prosesinin uğuru təkcə daxili resurslarla deyil, beynəlxalq əməkdaşlıq və legitimliklə də bağlıdır. Azərbaycan Qarabağda həyata keçirdiyi genişmiqyaslı yenidənqurma proqramını qlobal urban inkişaf və dayanıqlı bərpa konsepsiyalarının bir hissəsi kimi təqdim etməyə çalışır. Digər mühüm məqam isə Azərbaycanın özünü postmünaqişə dövründə “bərpaedici dövlət” modeli kimi təqdim etməsidir. Xüsusilə Qlobal Cənub ölkələri fonunda bu yanaşma mühüm siyasi əhəmiyyət daşıyır. Çünki XXI əsrdə dövlətlərin müharibədən sonra sabitlik yaratmaq, dağıdılmış məkanları yenidən qurmaq və sosial həyatın bərpasını təmin etmək qabiliyyəti ilə də ölçülür. 

Azərbaycan Qarabağ nümunəsini məhz bu kontekstdə regional postmünaqişə transformasiyası modeli kimi təqdim etməyə çalışır. Emin Hüseynovun çıxışında xüsusi diqqət çəkən məqamlardan biri müasir postmünaqişə idarəçiliyi konsepsiyalarının mahiyyətidir. Postmünaqişə məkanlarında əsas məsələ insanların sosial və psixoloji baxımdan yenidən həmin coğrafiyaya bağlanmasını təmin etmək, kollektiv yaddaşı və məkan identikliyini bərpa etməkdir. Məhz bu səbəbdən “aidolma hissi” anlayışının vurğulanması siyasi və sosial məzmun daşıyan strateji yanaşmadır. Uzun illər doğma yurdlarından uzaqda yaşamış insanların geri qayıtması üçün təhlükəsizlik hissi, sosial sabitlik, iqtisadi perspektiv və gündəlik həyat infrastrukturu formalaşdırılmalıdır. Məktəblərin, xəstəxanaların, kommunikasiya sistemlərinin, məşğulluq imkanlarının yaradılması dövlətin postmünaqişə legitimliyinin əsas komponentinə çevrilir. Azərbaycan “Böyük Qayıdış” proqramını da məhz bu çərçivədə təqdim etməyə çalışır; yəni məqsəd uzunmüddətli və dayanıqlı yaşayış modelinin qurulmasıdır. Məhz bu baxımdan Qarabağda həyata keçirilən yenidənqurma prosesi bir tərəfdən dağıdılmış yolların, enerji xətlərinin, yaşayış komplekslərinin və nəqliyyat infrastrukturlarının yenidən qurulması regionun iqtisadi inteqrasiyası üçün baza yaradır. 

Digər tərəfdən sosial-demoqrafik reabilitasiya prosesi vasitəsilə əhalinin bölgəyə mərhələli və davamlı şəkildə qayıdışı təmin edilməyə çalışılır. Paralel olaraq isə bütün bu layihələr dövlət suverenliyinin praktik və institusional şəkildə möhkəmləndirilməsinə xidmət edir. Buna görə Qarabağda tikilən yollar, beynəlxalq hava limanları, “ağıllı kənd” layihələri və yeni şəhər modelləri Azərbaycanın region üzərində uzunmüddətli siyasi nəzarətinin, institusional mövcudluğunun və postmünaqişə dövlətqurma strategiyasının əsas alətlərinə çevrilir. Bakı Qarabağda yeni sosial-siyasi reallıq formalaşdırmağa çalışır. Azərbaycanın Qarabağda həyata keçirdiyi “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları da postmünaqişə dövründə yeni siyasi modernizasiya modelinin formalaşdırılması cəhdidir.  Burada verilən əsas siyasi mesajlardan biri ondan ibarətdir ki, Qarabağ keçmiş sovet məkanlarında müşahidə olunan ənənəvi postmünaqişə zonası modeli ilə inkişaf etməyəcək. Yəni region uzun illər xarabalıq, institusional zəiflik və sosial durğunluq yaşayan periferik məkan statusunda saxlanılmayacaq. Əksinə, Azərbaycan Qarabağı yeni texnoloji və ekoloji transformasiya məkanı kimi təqdim edir. “Yaşıl enerji zonası” konsepsiyasının ön plana çəkilməsi də bir tərəfdən ölkənin qlobal enerji keçidi və iqlim gündəliyinə inteqrasiya olunmaq istəyini göstərirsə, digər tərəfdən Qarabağın gələcəyinin müasir və innovativ inkişaf modeli üzərində qurulacağı mesajını verir. Eyni zamanda, Bakı post-münaqişə bərpasını XXI əsrin urbanizasiya standartları ilə əlaqələndirməyə çalışır. Rəqəmsal idarəetmə sistemləri, alternativ enerji infrastrukturu, ekoloji şəhərsalma və smart texnologiyalar vasitəsilə Qarabağ gələcəyin regional inkişaf laboratoriyası kimi təqdim olunur. Bütün bunlar paralel şəkildə yumşaq güc siyasətinin elementi kimi də çıxış edir.  

WUF13 platforması Azərbaycanın beynəlxalq siyasi imicinin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Son illər Bakı beynəlxalq tədbirlərin keçirildiyi regional paytaxt statusundan daha geniş geosiyasi rol əldə etməyə çalışır. Qarabağın qlobal forumlarda təqdim olunması Azərbaycanın özünü qlobal problemlər ətrafında danışa bilən və beynəlxalq gündəliyə təsir göstərməyə çalışan dövlət kimi mövqeləndirməsinə xidmət edir. Bu kontekstdə Qarabağ artıq beynəlxalq urban siyasəti, postmünaqişə idarəçiliyi və davamlı inkişaf diskursunun bir hissəsi kimi təqdim olunur. 

Son olaraq qeyd edək ki, Azərbaycan Qarabağ siyasətini tədricən hərbi-siyasi mərhələdən postmünaqişə legitimliyi və dövlətqurma mərhələsinə keçirir. Burada əsas məqsəd yeni sosial məkan, yeni regional identiklik və yeni siyasi reallıq formalaşdırmaqdır. Təbii ki, hazırkı mərhələnin uğuru isə insanların doğma torpaqlarına real və davamlı şəkildə qayıda bilməsi ilə ölçüləcək. Çünki postmünaqişə dövründə ən mühüm məsələ həyatın və gələcək təsəvvürünün geri qaytarılmasıdır.

Şəbnəm Zeynalova, 

XQ-nin siyasi analitiki                                                                                                                           siyasi elmlər üzrə fəlsəfə doktoru 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri