Icma.az
close
up
RU
Postmünaqişə mərhələsində uğurlu liderlik

Postmünaqişə mərhələsində uğurlu liderlik

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

V məqalə

Yeni tarixi mərhələdə siyasi varislik

Siyasi transformasiya siyasi təcrübənin – Azərbaycan siyasi mədəniyyəti kontekstində öncəki nəsillərin təcrübəsinin davamı, yeni siyasi nəsil üçün həmin təcrübənin hazır fəaliyyət şərtləri və qaydaları nümunəsi və Prezident İlham Əliyevin siyasi təcrübəsinin yeni siyasi dəyərlər və normalar yaradan uğurlu fəaliyyət kimi prinsiplərinin, sintezində nəinki politoloji, həm də fəlsəfi səviyyədə vacib yenilik kimi görünür. Onun üç əlamətini vurğulaya bilərik.

Birincisi, yeni tarixi mərhələyə Azərbaycan siyasəti yeni siyasi mədəniyyətin formalaşması prosesi çərçivəsində başlayır. Bu, keyfiyyətcə öncəki mərhələlərdən fərqli siyasi münasibətlər mədəniyyətinin artıq yarandığının təsbitidir. Belə bir transformasiyanı öncəki nəsillərin siyasi təcrübəsinin davamı olaraq qəbul etmək gərəkdir. Xüsusilə, ulu öndər Heydər Əliyevin keçən əsrin 69-cu ilindən başlayaraq 2003-cü ilə qədər olan müddətdə siyasi təcrübəsinin Prezident İlham Əliyev tərəfindən yaradıcı inkişaf etdirilməsinin gözəl nümunəsidir.

İkincisi, ölkədə olan bütün siyasi qüvvələr həmin transformasiyanı qəbul etmişdir ki, bu faktor da Azərbaycan siyasi mühitinin mədəniyyət aspektində yeni mərhələyə qədəm qoyduğunun göstrəricisidir. Həmin prosesin konkret təzahürü də vardır. O, üçüncü əlaməti təşkil edir.

Üçüncüsü, yeni tarixi mərhələdə Azərbaycan siyasi mühiti növbəti dönəmdə başlıca perspektivli siyasi təcrübə xəttinin Prezident İlham Əliyev təcrübəsini inkişaf etdirməkdən ibarət olduğunu tam qəbul etmiş durumdadır.

Siyasi normaların proyeksiyaları

Vurğuladığımız son üç əlamət faktiki olaraq yeni tarixi mərhələdə Azərbaycanda siyasi normaların əsas məğzini ifadə edir. Politoloji aspektdə onun başlıca xüsusiyyətləri nələrdən ibarətdir?

Yeni siyasi normaların mərkəzində bütün siyasi qüvvələrin Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşməsi zərurəti dayanır. Həmin normaya müasir müstəqil Azərbaycan dövləti ilk dəfə nail olur. Keçən əsrin 90-cı illərindən onun təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli lider üçün bu məsələ ilk növbədə azərbaycanlıların həmrəyliyinin və xalq – iqtidar birliyinin milli ideyanın həyata keçməsi istiqamətində inkişaf etdirilməsi xəttini seçməsi ilə əlaqəli idi. Onun ideoloji bazasını azərbaycançılıqla multikulturalizm təşkil etməli idi. Artıq 2003-cü ildə siyasi normaların Ulu öndərin hazırladığı xətt üzrə formalaşması prosesi özünün dayanıqlı və davamlı formasına çatmışdı.

Bu barədə Prezident İlham Əliyev Azərbaycanın dövlət quruculuğunda 2003-cü ildə nail olduğu iki əlaməti xarakterizə edərkən bəhs etmişdir. Prezident İlham Əliyev 2003-cü ildə artıq Azərbaycanda dövlətçilik prinsiplərinin tam oturuşduğunu, yəni əsas inkişaf istiqamətlərinin dəqiqləşdiyini və ölkədə vətəndaş cəmiyyətinin formalaşdığını ayrıca vurğulamasında əksini tapmışdır. Müasir fəlsəfi və politoloji araşdırmalarla tanışlığı olan hər kəs bilir ki, bu prosesdə əsas faktorlar sırasında siyasi normaların özünütəsdiqi ayrıca yer tutur. Azərbaycan Prezidentinin siyasi həqiqətləri yığcam ifadə etmək məharəti bu məqamda da özünü aydın göstərməkdədir.

Azərbaycanda 2003-cü ildən başlayaraq 2020-ci ilə qədər siyasi mədəniyyət kontekstində siyasi normaların təkamülünün digər aspekti dövlət başçısı və xalqın liderinin daxili mühitdə formalaşan yeni siyasi münasibətlər normalarını uğurla öncə regional, sonra isə regionlararası miqyasa proyeksiya etməsi ilə bağlıdır. Məsələnin bu tərəfinin fəlsəfi və politoloji dərki, əlbəttə, daha mürəkkəbdir, bir qəzet məqaləsinin təqdimat və ideya məqsədlərini aşır. Lakin bir başlıca xüsusiyyəti vurğulamağa ehtiyac görürük.

Daxili siyasi normaların regional və regionlararası miqyaslara proyeksiyasında başlıca rolu liderin siyasi-diplomatik məharəti oynayır. Burada əsas məqam ondan ibarətdir ki, ölkənin daxili mühitinin birbaşa “məhsulu” olan siyasi norma kimi vacib faktorun bir dövlətin eqoist məqsədi kimi qəbul edilməməsinə nail olmaqla bağlıdır. Bu isə özlüyündə siyasi normaların proyeksiyasını dövlət identikliyi kontekstində təqdim etmək qüdrətini daha da aktuallaşdırır.

Prezident İlham Əliyev XXI əsrin sürətlə dəyişən geosiyasi dinamikasında yaradıcı fəaliyyəti ilə regional və regionlararası miqyaslarda siyasi normaların yeniləşməsinə nail olmuşdur. Onun başlıca təzahürü 2020-ci ildə Azərbaycanın Vətən müharibəsinə heç bir regional dövlətin ciddi qarşı çıxmamasında, faktiki olaraq regionlararası miqyasda isə Bakını daha çox dövlətlərin dəstəkləməsində özünü göstərmişdir. Ayrıca, Türk Dövlətləri Təşkilatı (TDT), MDB, Qoşulmama Hərəkatı və bir sıra digər təşkilatlar Azərbaycanı tam dəstəkləmişlər. Yalnız Avropa İttifaqının məhdud sayda dövləti ermənipərəstlikləri sayəsində əngəl olmağa çalışmışdır.

2020-ci ildə əldə edilən bu nəticə adi siyasi hadisə deyildir. Həm də ona görə ki, indi analitiklər, ekspertlər və diplomatlar Azərbaycanın II Dünya müharibəsindən sonra ərazi bütövlüyünü təkbaşına həll edən və əldə etdiyi nailiyyəti qalıcı faktora çevirən yeganə dövlət olduğunu vurğulayırlar. Şübhə yoxdur ki, bu səviyyədə dəstək əldə etmək dövlət identikliyinin beynəlxalq aləmdə qəbul edilməsi ilə bağlıdır. Onun tərkibində Azərbaycanın beynəlxalq miqyasda özünə münasibətdə yeni siyasi normaları uğurla qəbul etdirməsi xüsusi yer tutur.

Siyasi təcrübə geosiyasi kontekstdə

Nəzəri olaraq, problemin bu tərəfi də olduqca əhəmiyyətlidir. Faktiki olaraq, söhbət postmünaqişə mərhələsində regional, regionlararası missiyalarla yanaşı, qlobal səviyyədə cərəyan edən geosiyasi proseslərin təlatümləri şəraitində uğurlu siyasi təcrübənin formalaşmasını davam etdirməkdən gedir. Təhlil göstərir ki, Prezident İlham Əliyev vurğulanan aspektdə sistemli və dərin məntiqi düşünülmüş fəaliyyət kursu yaratmışdır. Onun fəlsəfi və politoloji mənası geniş və dərindir. Görünür, hələ uzun müddət bu istiqamətdə araşdırmalar aparılacaqdır. Bu gün üçün isə bir sıra mühüm özəllikləri vurğulamaq olar.

Postmünaqişə mərhələsində Azərbaycan dövlət başçısının siyasi təcrübəsinin ümumi xüsusiyyəti regionda yeni müharibənin meydana çıxması ehtimalının minimuma endirilməsi ilə bağlıdır. Bu, əlbəttə, asan məsələ deyil. Onun təməlində isə əksər tanınmış analitikin də vurğuladığı kimi, Azərbaycan Prezidentinin Ermənistanla münaqişəni elə həll etməsidir ki, bir daha müharibənin yaranması ehtimalı olmasın.

II Dünya müharibəsindən sonra Avrasiya məkanında dövlətlərarası münaqişələrin bir daha müharibənin alovlanmaması şərti ilə sona çatmasının başqa nümunəsi mövcud deyildir. Bunu mütəxəssislər əhəmiyyətli siyasi təcrübə hesab edirlər. Həm də ona görə ki, Azərbaycan Prezidentinin bu uğurunun Cənubi Qafqazda ümumilikdə dövlətlərarası münasibətlərin sülhə yönəlməsini stimullaşdıran başlıca faktor olduğu bütövlükdə qəbul edilir.

İlham Əliyevin postmünaqişə mərhələsində siyasi təcrübəsinin digər vacib əlaməti Azərbaycanı dövlət kimi regional miqyasda aparıcılıq statusundan regionlararası geosiyasi məkanda mühüm güc səviyyəsinə yüksəltməsi ilə əlaqəlidir. Bu təcrübə hamımızın gözləri önündə uzaq Çindən tutmuş Suriya və İsrailə, eyni zamanda, Pakistandan tutmuş Avropaya qədər geniş bir geosiyasi məkanda konkret məzmun almaqdadır. Bəli, biz həmin təcrübənin canlı şahidləriyik. Yalnız bir neçə faktı vurğulayaq.

Türk birliyinin daşıyıcısı

Azərbaycan türk birliyinin reallaşmasının əsas daşıyıcı qüvvəsidir. Prezident İlham Əliyev yeni tarixi mərhələdə dövlətin xarici siyasətinin 12-ci istiqamətini TDT-nin gücləndirilməsi ilə bağlamışdır. Bu prioritet istiqamətə tam sadiqlik və praktiki fəaliyyət sahəsində təşəbbüskarlıq Azərbaycan liderinin hər addımında əksini tapmışdır. Son zamanlar, Kipr türkləri ilə bağlı meydana gəlmiş müəyyən suallar zamanı da Azərbaycanın dövlət başçısı türk birliyi istiqamətində siyasi təcrübənin yeni nümunəsini formalaşdırdığını fəaliyyəti ilə sübut etdi.

Regionlararası miqyasda barış və əməkdaşlığı təmin edən güc kimi Azərbaycan Prezidentinin fəaliyyəti yeni siyasi təcrübənin parametrlərindən biridir.

Regionlararası sülh və təhlükəsizlik aspekti

Əhəmiyyətlidir ki, bu aspekt bir neçə regionu əhatə edən və multivektoral xarakter daşıyan təcrübəni ortaya qoyur. Azərbaycan indi Uzaq Şərq, Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa istiqamətlərində aktiv siyasi-diplomatik dinamikanın “qovuşma sahəsi”nə çevrilmişdir. Çinə olan səfərdə rəsmi Pekin Avropaya qədər məkanda Azərbaycanla sıx əməkdaşlıqda marağını açıq ifadə etmişdir. Rəsmi bəyanatda bu məqam öz əksini tapmışdır. Bundan az əvvəl Almaniya Prezidentinin Azərbaycan səfəri yadda qalmışdır. Onunla təqribən, eyni zamanda, Aİ-nin yüksək səviyyəli rəsmilərinin Mərkəzi Asiyada keçirilən sammitdə iştirakları və ona Azərbaycanın reaksiyası diqqətlərdən yayınmır.

Həmin hadisələrin fonunda Gürcüstan və İran prezidentlərinin Azərbaycana səfərləri vacib hadisələrdir. May ayında İsrailin Baş naziri və Türkiyə Prezidentinin Azərbaycan səfərlərinin təşkil ediləcəyi gözlənilir.

Bunların fonunda Azərbaycanın Suriya məsələsinin tam həll olunmasında və Rusiya–Ukrayna münaqişəsinin həllinə yaxından dəstək verməsi çox ciddi siyasi təcrübənin əlamətləridir. Hətta Bakının ABŞ – Rusiya müzakirələrinə ev sahibliyi edə bilməsi ehtimalından bəhs edilir.

Bütün bunlar Azərbaycan rəhbərinin regionlararası miqyasda siyasi təcrübəni yaratdığını və bu istiqamətdə ciddi uğurlar əldə etdiyini sübut edir. Bu təcrübənin bütövlükdə Avrasiya məkanı üçün bir yenilik olduğuna şübhəmiz yoxdur. Çox qısa zamanda bu barədə dünyanın aparıcı filosof, politoloq və siyasi xadimlərinin danışacağına əminliyimiz vardır. Bizim üçün isə o mərhələnin Prezident İlham Əliyevin yeni siyasi təcrübə yaratmaq prosesinin növbəti mərhələsi kimi əhəmiyyətli və vacib

tədqiqat predmeti keyfiyyətində araşdırılması zərurətinin meydana çıxması anlamı daşıyacaqdır. Prezidentin uğurları bol, yolu isə uzundur!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see178

Rubiodan İrana XƏBƏRDARLIQ: “Dayandırın…” KONKRET

02 May 2025 20:57see132

Tramp bu kanalların maliyyəsini dayandırdı

02 May 2025 11:48see127

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see126

“28 May” stansiyasının bağlanması ilə bağlı vacibAÇIQLAMA

02 May 2025 14:34see125

Okolie Milana keçə bilər

02 May 2025 13:02see124

Ali məktəblərə ərizə qəbulu: Artıb, ya azalıb?

02 May 2025 11:33see122

Kəpəz də qalmaqal: Baş məşqçi komandanı meydana çıxartmaq istəmir

02 May 2025 11:57see122

Türk dünyasının liderləri Avropada TOPLAŞIR

02 May 2025 13:01see121

Təkcə çips və qazlı içkilər deyil: Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL

03 May 2025 02:33see118

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see118

Abituriyentlərin nəzərinə Bu qrup üzrə qəbul qaydası dəyişdi

02 May 2025 15:39see117

Sumqayıtda yaşlı qadını yük maşını vurdu

03 May 2025 12:28see117

Tibbi sosial aksiya keçiriləcək

03 May 2025 09:01see116

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır bank və enerji sektorları hədəfdə KONKRET

03 May 2025 00:55see116

Ramid Namazov: İnformasiya resurslarına haker hücumlarına ölkə daxilindən də dəstək verilib

02 May 2025 15:32see116

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see115

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see114

“Euronews” kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb

03 May 2025 15:14see114

Zəlzələdə çökmə riski olan binalar Belə binalar hansı ərazilərdə tikilib? + VİDEO

03 May 2025 12:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri