Icma.az
close
up
RU
Postmünaqişə mərhələsində uğurlu liderlik

Postmünaqişə mərhələsində uğurlu liderlik

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

II MƏQALƏ

Dövlətlərarası münaqişələr

Ümumi tərifə görə, dövlətlər arasında münaqişələrin müxtəlif səbəbləri ola bilər. Onların sırasında XX əsrin ikinci yarısından başlayaraq, XXI əsrin ilk onilliklərində də özünü göstərən ərazi iddiaları əsas yer tutur. Ərazi iddiasının da müxtəlif səbəbləri, arqumentləri və ya sadəcə, bəhanələri ola bilər. Bu fikir dünya üzrə 1812-ci ildən başlayaraq 1992-ci ilə qədər olan dövlətlərarası münaqişələrdə ərazi iddialarının yeri və rolu araşdırılan tədqiqatlarda irəli sürülür.

Bundan başqa, tədqiqatçılar ərazi iddiası kontekstində beynəlxalq miqyasda rəqabət faktorunun da dövlətlərarası münaqişələri motivə etdiyi haqqında yazırlar.

Nəhayət, nə qədər qəribə də olsa, dövlətlərarası münaqişələrdə ərazi iddiasını bəhanə üçün demokratiya anlayışından suisitifadə edənlər də tapılır. Onlar özlərini “demokratik” göstərib, “avtoritarizmə”, “qeyrisivilliyə” qarşı mübarizə aparmaq “zərurəti”ndən başqa dövlətin müəyyən ərazisinə iddialarını əsaslandırmağa çalışırlar.

Deməli, son 200 ilin tarixi təcrübəsinə əsaslansaq, ərazi iddiası səbəbindən yaranan dövlətlərarası münaqişələr məzmunca çox mürəkkəb ola bilər. Ən kiçik görünən məsələni elə şişirdə bilərlər ki, cəmiyyət səviyyəsində ciddi problem kimi görünsün. Burada dövlətlərarası münaqişələrin bir özəlliyini liderlik kontekstində müəyyən etmək olar. Münqişəyə cəlb edilən lider qarşı tərəfin hər bir hiyləsinə hazır olmalıdır. Çünki ərazi iddiasında olan tərəf minbir bəhanə ilə özünü haqlı çıxarmağa çalışacaq. Bunun üçün onun gerçək əsası olmadığını bildiyindən müxtəlif süni arqumentlər və bəhanələr quraşdırıb fəaliyyət göstərəcək və hətta, ümumiyyətlə, problemin mahiyyətini təhrif olunmuş formada təqdim etməyə çalışacaq.

Bunu biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin (artıq keçmiş münaqişədir, onu Azərbaycan təkbaşına həll etmişdir) gedişində əyani gördük. Belə ki, erməni tərəfi açıq və həyasızcasına Azərbaycan torpaqlarının 20%-ni havadarlarının dəstəyi ilə işğal etdikdən sonra, bunu dini və mədəniyyət məsələlərinə, guya Azərbaycanın müasir idarəetmə üsuluna malik olmayan dövlət olmasına görə etdiyini dünyaya yaymağa çalışdı. Həmin sırada bir müddət ermənilər din faktorunu daha çox qabartdılar ki, burada başlıca məqsəd aydın idi – dünyanın güclü xristian dövlətləri və cəmiyyətlərini aldadaraq Azərbaycanın müsəlman dövləti kimi ermənilərə qarşı qanunsuz, hüquqsuz, qeyrisivil davrandığını önə çəksin.

Buna görə də azərbaycanlıların hər bir hərəkətini asanlıqla “terror və soyqırımı” kateqoriyasına aid edib, əsl niyyətlərini örtbasdır edirdilər. Bunun fonunda isə erməni din adamları problemin dinc, ədalətli və humanizmə uyğun həllindən dəm vururdular. Bir tərəfdən, başlanğıcdan erməni kilsəsi işə qarışırdı, erməni diplomatlar məsələni daha çox dini müstəvidə təqdim edirdilər. Digər tərəfdən isə həmişə günahı azərbaycanlıların üzərinə atırdılar. Buna görə də “ədalətli və hüquqi, humanist həll” dedikdə Azərbaycan tərəfinin mütləq surətdə ermənilərə güzəştini nəzərdə tuturdular. Yəni bu, ümumiyyətlə, münaqişəni tarixi ədalətə dayanıb həll etmək deyildi, müxtəlif dini, diplomatik və siyasi ibarələrlə Azərbaycanın təslim olmasına çalışmaq idi. Bu niyyəti hətta münaqişənin başlanğıcından tərəflərin dini nümayəndələrinin Rusiya təmsilçisi də daxil olmaqla apardıqları müzakirələrin mahiyyətindən aydın görmək mümkündür. Bununla bağlı bir sıra elmi araşdırmalar da aparılmışdır.

Ərazi iddiası əsasında meydana gələn dövlətlərarası münaqişələrin yuxarıda apardığımız qısa müqayisələri göstərir ki, onun həm özəl kökləri vardır, həm də həlli elmi baxımdan mürəkkəb prosesdir. Bu kimi problemlərin beynəlxalq miqyasda həlli təcrübəsi də xüsusi əhəmiyyət daşıyır. İndi problemin bu aspekti üzərində bir qədər geniş dayanaq. Çünki onun daha dəqiq və əhatəli təsəvvürü Azərbaycanın münaqişəni həll edə bilməsi fonunda necə yüksək zəkalı və güclü liderə malik olmasını dərk etməyə yardım edəcəkdir.

BMT-nin yarımçıq “sülhyaratma missiyası”

Dövlətlərarası münaqişə məsələsinə BMT iki səviyyədə yanaşır. Birinci səviyyə münaqişənin həlli mərhələsi ilə bağlıdır. İkinci səviyyə isə münaqişə həllini tapandan sonra “sülh quruculuğu”nun həyata keçirilməsində BMT-nin konseptual iştirakıdır. Keçən əsrin ikinci yarısından bu yana yaranmış təcrübə göstərir ki, BMT-nin hər iki səviyyədə fəaliyyəti yarımçıqdır. Yəni onların heç birində qurum sona qədər uğurlu ola bilməmişdir. Burada müəyyən məsələlərdə xırda istisnalar ola bilər. Ancaq geniş kontekstdə mütəxəssislərin təhlilləri başqa mənzərəni yaradır. Faktlara baxaq.

1992-ci ildə o dönəmdə BMT-nin Baş Katibi olmuş B.Butros-Qali “dünya üçün günün gündəmi” adlı məruzə etmişdir. Orada BMT-nin münaqişələrin həllində önləyici, nəzarətedici və həlledici rollarını aydın ifadə etmişdir. O cümlədən, dünya üçün daha təhlükəli olan dövlətlərarası münaqişələrin həll edilməsinin ümumi cizgilərini vermişdir. Lakin çox keçmədən məlum oldu ki, dünyada silahlı münaqişələr o dərəcədə riskli, çoxaspektli və çətin həll olunandır ki, yeni yanaşmalara ehtiyac vardır. Onun təsiri nəticəsində B.Butros-Qalinin konsepsiyasını “humanitarlaşdırmaq” kimi bir incə məqamı əlavə etmək lazım gəldi. Məsələ onunla bağlıdır ki, silahlı münaqişə həll olunandan sonra münaqişənin yenidən alovlanması üçün başqa tədbirlər də görmək lazım gəlir. Bundan başqa, münaqişənin nəticələrini aradan qaldıran dövlətlərə xüsusi yanaşma gərəkdir. Çünki münaqişədən sonrakı mərhələ olduqca mürəkkəb məqamlarla müşaiyət olunur.

1994-cü ildə BMT-də Baş Katibin təklif etdiyi konsepsiya yeniləşdirilərək “İnkişaf üçün günün gündəmi” adlandırıldı. Burada həm “sülh” anlayışına pozitiv məna verildi, həm də dövlətin inkişafının postmünaqişə mərhələsinin əsas parametrləri nəzərdən keçirildi. Burada ziddiyyətsiz inkişaf məsələsi ön sıraya çıxarıldı. Beləliklə, “sülh” anlayışı sadəcə “münaqişə yoxdur” kontekstindən çıxarılaraq “davamlı, ziddiyyətsiz inkişaf üçün şərait vardır” kontekstinə transformasiya edildi. Həmin sırada münaqişənin fundamental səbəblərinin aradan qaldırılması və insanların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi xüsusi yer tutdu.

Burada Azərbaycan – Ermənistan münasibətləri üçün də prinsipial konseptual əhəmiyyəti olan bir siyasi qiymətləndirmə məqamı vardır. O, “postmünaqişə mərhələsi” anlayışının hüquqi və siyasi baxımdan tam özünütəsdiq etmədiyi halda belə sülhü təmin etməklə bağlıdır. Çünki əvvəlki sənəddə söhbət əsas olaraq BMT anlamında “postmünaqişə mərhələsi”nin rəsmi başlamasından sonrakı müddətdə fəaliyyətdən gedirdi. 1994-cü il sənədində isə artıq sülh müqaviləsi imzalanmadığı dönəmdə belə münaqişənin baş qaldırmasını əngəlləməkdən bəhs edilir.

Həmin dövr üzərində çox da dayanmadan onu vurğulayaq ki, BMT 2015-ci ildə rəsmi etiraf etdi ki, dövlətlərarası münaqişələrin həllində tam müsbət nəticə ala bilmir. Bu, tarixi bir etiraf idi! Çünki ilk dəfə olaraq BMT gücsüzlüyünü, yəni beynəlxalq hüququn tam işləmədiyini açıq bəyan edirdi. Bunun əsasında yaradılmış Məsləhətçi qrupu yeni məruzə hazırladı. Məruzədə göstərildi ki, 2005-ci ildə BMT-nin yaratdığı strukturlar təşkilatın Nizamnaməsinin əsas vəzifələrini yerinə yetirə bilmir, yəni sülhü qorumaq və ona dəstək verməyin öhdəsindən gələ bilmir. Yekun olaraq, məruzəçilər yeni yanaşma konsepsiyası təklif etdilər. Onun əsas əlaməti BMT-nin sistemli olaraq münaqişələri həll etməkdə iştirakı və postmünaqişə mərhələsində nəticəverici fəaliyyət göstərməsi ilə bağlı idi.

Nəhayət, bizim üçün ciddi əhəmiyyəti olan və BMT təcrübəsinə aid edilə biləcək növbəti məqam. BMT yeni konsepsiyasında münaqişədən sonrakı mərhələdə dövlətlərin dayanıqlı inkişafını bütövlükdə qarşıdurmanın tam həll edilməsi ilə əlaqələndirmişdir. Bu xüsusiyyət BMT-nin 2030-cu ilə qədər dünya üçün davamlı inkişaf konsepsiyasında öz əksini tapmışdır. BMT dayanıqlı və davamlı inkişafın 17 məqsədini müəyyən etmişdir. Onlar kompleks halında dövlətlərin dayanıqlığının möhkəmlənməsinə xidmət etməlidirlər.

Vurğuladığımız məqamlardan bir neçə ümumi qənaət əldə edə bilərik. Birincisi, indiki mərhələdə dövlətlərarası münaqişələrin həlli üsulu ilə postmünaqişə mərhələsində bərpa prosesinin təşkili arasında filosoflar və politoloqlar sıx əlaqə görürlər. Belə ki, təcrübə göstərir ki, münaqişənin həlli metodu sonradan dövlətlər arasında münasibətlərin uğurlu formalaşması üçün ya münbit təməl rolunu oynaya bilər, ya da ona əngəl yaradar. Kolumbiya nümunəsi bu tezisi təsdiq edir.

İkincisi, postmünaqişə mərhələsinin tam hüquqi və siyasi təsbiti olmasa da, bir sıra əlamətlərə görə, hətta münaqişənin gedişi zamanı sonrakı addımları müəyyən etmək mümkündür. Bu məqam BMT-nin 2015-ci ildə postmünaqişə mərhələsi üçün müəyyən etdiyi sənəddə əksini tapmışdır. Deməli, XXI əsrdə dövlətlərarası münaqişələrin həlli ilə ondan sonrakı mərhələdə həyata keçirilməli bərpa işləri vəhdətdə nəzərdən keçirilməlidir.

Üçüncüsü, dövlətlərarası münaqişələrin uğurlu həllində iştirakçıların daxili davamlı və dayanıqlı inkişafı məsələsi də ciddi aktuallıq kəsb edir. Münaqişənin gedişində həmin dövlətlərin BMT-nin 2030-cu ilə qədər müəyyən etdiyi inkişaf konsepsiyasının şərtlərinə əməl etmələri, bütövlükdə, həm münaqişənin həllinə, həm də postmünaqişə mərhələsində uğurlu fəaliyyətə baza yarada bilər.

Nəhayət, dördüncüsü, yuxarıda aparılan təhlil göstərir ki, həm münaqişənin həllində, həm də postmünaqişə mərhələsində liderin rolu aparıcıdır. Lider münaqişədə qalib gəlirsə, onun fəaliyyətinin əhəmiyyəti daha da artır. Çünki müasir dövrdə hər bir münaqişənin həlli təcrübəsi postmünaqişə mərhələsində də uğurlu olmağın əsas məqamlarını aydınlaşdırmağa yardım edir. Bu kontekstdə Prezident İlham Əliyevin liderlik təcrübəsi postmünaqişə mərhələsi üçün xüsusi aktuallıq kəsb edir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see631

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see152

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see152

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see141

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see139

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see138

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see137

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see135

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see132

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see131

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see128

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see126

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see126

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see124

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see123

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see118

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see117

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see116

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see115

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri