Pozan olmayın, qələm olun!
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qələm və pozanla insan arasında nə kimi əlaqə ola bilər? Siz bu sualın cavabını aşağıdakı sətirlərdə tapa bilərsiniz. Elə isə buyurun, oxuyun...
İnsan həyatı ya qələmə bənzəyir, ya da pozana. Əgər gördüyümüz işlərdən sonra bir iz qalırsa, deməli qələmə bənzəyirik. Yox, əgər kiminsə qoyduğu bir izi pozmağa çalışırıqsa, deməli pozan oluruq. Qələm qiymətlidir. Kimisi qələmi hədiyyə verir. Kimisi də qələmi bir xatirə kimi saxlayır. Qələmlə yazılan əsərlərin sayı-hesabı yoxdur. Ona görə də, qələmlər heç vaxt ölmür. Pozan isə... Pozan isə qiymətsizdir. O, ancaq pozmaq üçündür. Onu hədiyyə vermək də olmur. Pozan pozduqca təkcə pozduğunı yox, özünü də məhv edir. Bir sözlə, pozan pozduqca ölür, qələm isə yazdıqca dirilir...
Həyat qısadır. Günlər bir-birini sürətlə qovur. Bu günə qədər yaşadıqlarımızın bəziləri yaddaşımızdan pozulub gedəcək. Bəziləri isə yaddaşmıza həkk olacaq. Hətta, bəziləri sevincimiz, bəziləri kədərimiz olacaq. Sonra zaman keçdikcə bu hisslər də tükənəcək.
Pozmaq asandır. Bir adamı, bir fikri və ya bir hadisəni yaddaşdan pozmağa nə var ki? Yazmaq isə çətindir. Çünki yazmaq həm də bir şey yaratmaq, bir şey ərsəyə gətirməkdir...
Ətrafımızda işi-gücü pozmaqdan başqa bir şey olmayan o qədər insan var ki? Ancaq ətrafımızda işi-gücü yazmaq olan insanlar da az deyil. Elələri də var ki, yaza-yaza pozduqlarını dərk etmirlər. Çünki qələmlər var ki, şah əsərlərə imza atırlar. Qələmlər də var ki, bəlkə də yazmasalar, daha yaxşı olar. Ancaq siz yenə də pozan olmaqdansa, qələm olun. Pozanların aqibətini yaşamaqdansa, qələmlərin aqibətini yaşayın. Yaxşı yazmaq isə heç vaxt gec deyil.
Murad Məmmədov
Baxış sayı:124
Bu xəbər 20 Sentyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















