Icma.az
close
up
RU
Preimplantasion genetik diaqnostika

Preimplantasion genetik diaqnostika

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Köməkçi reproduktiv üsullardan biri də PGD - preimplantasion genetik diaqnostikadır (implantasiyadan qabaq embrionun genetik sağlamlığının qiymətləndirilməsi).

Bildiyimiz kimi “şüsə boru qabda” mayalanma nəticəsində bir neçə embrion əldə edilir. Sonra bu embrionlar qadının uşaqlığına yerləşdirilir ki, burada da onların implantasiyası və sonrakı inkişafı baş verir.

Embrion (embrionlar) qadının uşaqlığına yerləşdirilməmişdən əvvəl onun genetik diaqnostikası da keçirilə bilər. Genetik diaqnostika zamanı xromosom və gen pozğunluqları (xromosomum “itirilməsi”, “artıq” xromosomun olması, gen mutasiyaları və s.) olduğu halda onları aşkar etmək üçün embrionun xromosom dəsti (kariotipi) müayinə edilir. Belə pozğunluqlar, rüşeymin uşaqlıq daxilinə implantasiya oluna bilməməsi, hamiləliyin öz-özünə pozulması, ağır xəstəliyi olan uşağın (məsələn, Daun xəstəliyi, fenilketonuriya, mukovissidoz və s.) doğulması ilə nəticələnə bilər.

Aparılan bu müayinədən sonra xromosom dəstində (kariotip) heç bir pozğunluq olmayan embrionlar seçilir. Bu isə çox vacib şərtdir. Çünki bunun nəticəsində qadının hamilə olmaq və dünyaya sağlam uşaq gətirmək ehtimalı xeyli dərəcədə artmış olur. PGD - preimplantasion genetik diaqnostika zamanı gələcəkdə doğulacaq uşağın cinsini də müəyyən etmək olur. Bu da qadının uşaqlığına yalnız ailə cütlüyünün istəyinə uyğun olan rüşeym cinsinin (qız və ya oğlan) yerləşdirilməsinə də imkan verir.

PGD - preimplantasion genetik diaqnostikanın aparılması aşağıdakı hallarda daha məqsədəuyğun və vacib hesab edilir:

- əvvəllər ailələrində anadangəlmə və ya irsi patologiyalarla doğulmuş uşaq olduğu halda;

- qadının yaşı 35-dən artıq olan ailələrdə;

- bir neçə dəfə təkrar olunan nəticəsiz EKM-dan sonra;

- hamiləliyin ilkin daşına bilməməsi halında;

- spermatogenezin ağır dərəcəli pozğunluqlarında (tək-tək spermatozoidlər, anomal spermatozoidlərin sayının çox olması və s.);

- ailə üzvlərinin birinin qohumları arasında xromosom dəstində (kariotip) ağır anomaliyalar olduqda.

Azərbaycanda süni mayalanma ilə məşğul olan bir neçə klinika vardır. Bu klinikalarda bizim sadaladığımız metodların hamısından istifadə olunmaya da bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri