Icma.az
close
up
RU
Psoriatik artrit. Simptomlar, diaqnostika, müalicə

Psoriatik artrit. Simptomlar, diaqnostika, müalicə

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Psoriaz – dərinin uzun müddətli xroniki residivləşən xəstəliyidir. Bu xəstəliyin əlilliyə gətirib çıxardan əsas əlamətlərindən biri oynaqların zədələnməsidir – buna psoriatik artrit deyilir.

Psoriatik artrit - dərinin psoriatik zədələnməsi ilə birgə, əsasən əllərin distal falanqalararası, ayaqlarda daraq falanqalararası oynaqların və onurğa sütununun zədələnməsi ilə müşayət olunan xroniki iltihabi seroneqativ spondiloartropatiyadır.

Psoriatik artrit hər bir yaşda, hətta uşaqlarda da təsadüf edə bilər. Amma adətən 30—50 yaş arası dövrdə qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinir.

Psoriatik artritin simptomları

Xəstədə halsızlıq, ağrı, bədən hərarətinin yüksəlməsi, oynaqlarda şişkinlik müşahidə olunur.

Psoriatik artrit oynaqların asimmetrik, proqressiv zədələnməsi ilə müşahidə olunan oliqo- və ya poliartrit formasında ola bilər. Hər bir oynaq, o cümlədən də periferik oynaqlar (distal falanqalararası) və aksial oynaqlar (onurğa sütunu, oma-qalça oynaqları) zədələnə bilir.

Ən çox zədələnən oynaqlar əl oynaqları və biləklərdir. Bundan sonra ayaqlar, aşıq-baldır, diz, bazu oynaqlarının zədələnməsi rast gəlinir.

Oynaqların asimmetrik zədələnməsi xarakterikdir. Psoriatik artrit zamanı oynaq ətrafı strukturlar da zədələnə bilir. Nəticədə tendovaginit (vətər yatağının iltihabı), daktilit (barmağın iltihabı) və ya əllərin "sosiska" tipli qalınlaşması və entezit (vətərin sümüyə birləşmə yerinin iltihabı) yaranır.

Oynaqların iltihabi dəyişikliyi müxtəlif formada büruzə verə bilər: sinovial qişanın və ətraf toxumaların iltihabı, entezit, osteit, ağır osteoliz. Psoriatik artrit zamanı, digər seroneqativ spondiloartritlər kimi, oynaqdan kənar zədələnmələr: gözlərin iltihabı, sidik ifrazat və ürək-damar sisteminin zədələnməsi (irit, konyuktivit, aortal anevrizma, uretrit) müşahidə oluna bilər.

Psoriatik artritin klinikası

Psoriatik artritin gedişi dəyişkəndir: yüngül zədələnmədən tutmuş əlilliyə səbəb olan ağır artropatiyalara qədər dəyişir. 40—60% xəstələrdə eroziv deformasiyaedici artrit müşahidə oluna bilər və birinci ildən də proqressivləşə bilər. Psoriatik artrit daimi kəskinləşmə və remissiya ilə növbələşir. Müalicə almadıqda psoriatik artrit xəstələrində persistəedici iltihab müşahidə olunur, nəticədə oynaqların proqressivləşən zədələnməsi, fiziki aktivliyin ciddi dərəcədə məhdudlaşması, əlillik yaranır. Psoriatik lövhəciklər və ya dırnaqların psoriatik zədələnməsi olduqda diaqnozu qoymaq asanlaşır.

Psoriatik artriti digər revmatoloji xəstəliklərdən fərqləndirmək lazımdır. Psoriatik artrit zamanı zədələnmiş oynaqlar az ağrılı və az şişkin olur, revmatoid artritdən fərqli olaraq qeyri simmetrik oynaqlar zədələnir. Daktilit, entezit, distal falanqalararası oynaqların zədələnməsi revmatoid artrit üçün deyil, psoriatik artrit üçün xarakterdir.

Psoriatik artriti osteoartroz ilə də diferensasiya etmək lazımdır. Psoriatik artritdə olduğu kimi osteoartrozda da distal falanqalararası oynaqların zədələnməsi olur. Amma osteoartroz üçün xarakter olan klassik Geberden düyünləri distal falanqalararası oynaqların zədələnməsi və sümük çıxıntılarının (ekzostoz) yaranması ilə müşayiət olunur.

Psoriatik artrit zamanı distal falanqalararası oynaqların zədələnməsi iltihabi dəyişikliklərlə xarakterizə olunur. Psoriatik artrit üçün səhərlər və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra yaranan hərəkət məhdudluğu xarakterdir.

Osteoartroz zamanı hərəkət məhdudluğu əsasən aktiv hərəkət zamanı yaranır.

Psoriatik artirt qadınlarda və kişilərdə eyni tezlikdə rast gəlinirsə, osteoartroz əsasən qadınlarda təsadüf edir. Osteoartrozlu xəstələr üçün entezit (vətərlərin sümüyə birləşmə yerində iltihab), daktilit (əl və ya ayaq barmağının iltihabı) və sakroileit (oma-qalça oynağının iltihabı) adətən xarakterik deyil.

Psoriatik artrit zamanı rast gəlinən onurğa sütununun aksial zədələnməsi (psoriatik spondilit) ankilozlaşan spondilit ilə (hansı ki əsasən onurğa sütununu və oma-qalça oynaqlarını zədələyir) oxşarlıq təşkil edir. Ankilozlaşan spondilitdən fərqli olaraq psoriatik artrit zamanı simptomatika nisbətən zəif, zədələnmə asimmetrik, az ağır gedişatlı olur. Psoriatik lövhələr və dırnaqların zədələnməsi ankilozlaşan spondiloartritdə olmur. Aksial psoriatic artrit sakroileit (adətən asimmetrik və simptomsuz olur) və ya spondilit şəklində keçir. Ankilozlaşan spondiloartritdən fərqli olaraq psoriatik artrit zamanı oynağın hərəkətliliyi az dərəcədə pozulur və ankiloz (oynağın tam hərəkətsizliyi) yaranmır.

Digər revmatoloji xəstəliklər, məsələn: osteoartrit, yumşaq toxumaların revmatik zədələnməsi, septik artrit, revmatoid artrit psoriazla müşayiət oluna bilər, bu zaman diaqnostika çətinləşir. Həm də psoriaz adətən bağırsağın iltihabi xəstəlikləri və ankilozlaşan spondiliti olan xəstələrdə tez-tez rast gəlinir.

Psoriatik artritin diaqnostikası

Diaqnostikada əsasən, anamnez və xəstənin obyektiv müayinəsi, seroloji, rentgenoloji, ehtiyac yaranarsa genetik müayinələr aparılır. Əsas aşağıdakılara diqqət yetirilməlidir:

1. Anamnezdə və ya irsiyyətdə psoriaz xəstəliyinin olması. Psoriaz dərinin və başın tüklü hissəsinin zədələnməsi ilə müşayiət olunur.

2. Dırnaqların psoriatik zədələnməsi: onixolizis, nöqtəvari çökəkliklər, hiperkeratoz şəklində ola bilər.

3. Anamnezdə daktilitin olması.

4. Oynaqlarda iltihabi dəyişikliklər, oynaqlarda ağrı və zəiflik, səhərlər hərəkət məhdudluğu, əmək qabiliyyətinin azalması müşahidə olunur.

Əsas laborator analizlərdən qanın ümumi analizi, eritrositlərin çökmə sürəti, C-reaktiv zülal, qaraciyər və böyrəklərin standart funksional müayinələri aparılır. Rentgenoloji müayinə zamanı oynaqlarda struktur zədələnmələri müşahidə olunur. Xəstəliyin ilkin mərhələlərində rentgenoloji müayinə normal ola bilər, amma paravertebral ossifikasiya, periartikulyar osteopeniya, oynaqların eroziv zədələnməsi ola bilər.

Psoriatik artritin rentgenoloji əlamətləri destruktiv və proliferativ dəyişikliklər formasında ola bilər. Eroziya -tipik destruktiv dəyişiklikdir, adətən oynağın kənar hissələrindən başlayır və mərkəzə doğru yayılır. Yayılmış eroziv dəyişikliklər nəticəsində xarakterik rentgenoloji mənzərə - “stəkanda karandaş ” (bir oynaq səthinin digər oynaq səthinin əsasına doğru protruziyası) mənzərəsidir. Ağır hallarda falanqaların dağılmasına səbəb olan osteoliz və oynaq ankilozu baş verir.

Psoriatik artritin müalicəsi

Müalicədə əsas istiqamət xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, remissiya (sakitləşmə dövrü) əldə etməkdir. Erkən başlanmış müalicə tez bir zamanda xəstəliyin proqressivləşməsinin və ağırlaşmalarının qarşısını almağa imkan verir. Müalicədə qeyri steroid iltihab əleyhinə preparatlar, metotreksat, sulfosalazin, leflunomid istifadə olunur. Son vaxtlar psoriatik artritin müalicəsində yeni bioloji preparatlar (antisitokin müalicə) - şiş toxuması nekroz faktorunun ingibitoru (TNF- α ingibitorları) istifadə olunur: adalimumab, etanersept, infliksimab.

Müəllif: Əli Əlizadə, revmatoloq, osteopat

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri