Icma.az
close
up
RU
Premyer Liqa “Mançester Siti”nin təklifini qətiyyətlə qəbul etmədi

Premyer Liqa “Mançester Siti”nin təklifini qətiyyətlə qəbul etmədi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gün əvvəl İngiltərə premyer-liqasında yarışan klubların iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, yığıncaqda “Mançester Siti”nin baş direktoru Ferran Soriano növbəti mövsümün startının bir qədər təxirə salınması ilə bağlı məsələ qaldırıb.
Onun təmsil etdiyi klub daha çox öz probleminin həlli üçün çalışıb: MS-nin Klublararası Dünya Çempionatından (KDÇ) sonra normal istirahət etməsinə şərait yaradılmasını təklif edib. Lakin bu təklifi heç kim qəbul etməyib, əksinə “Siti”yə təqvimdən daim şikayətlənməkdən əl çəkmək məsləhət görülüb.
“Çelsi” təxirəsalmaya ehtiyac duymadı
Bilindiyi kimi, KDÇ-nin formatı dəyişib. İlk dəfə 32 komandanın iştirakı ilə təşkil ediləcək turnir ABŞ-də 15 iyun – 13 iyul aralığında keçiriləcək. Premyer-liqanın növbəti mövsümü avqustun 16-da başlayacaq. İngiltərənin hər hansı klubu finala qədər irəliləyəcəyi halda yeni mövsümə hazırlıq müddəti bir aydan bir az çox olacaq. “Siti” rəhbərliyi məhz buna görə ölkə çempionatının 2025/26 mövsümünün bir qədər gec başlamasını xahiş edib.
Qeyd edək ki, KDÇ-nin Avropadan olan iştirakçıları qitə kuboklarının son mövsümlərindəki uğurlarına əsasən müəyyən edilib. Bir şərtlə ki, bir ölkədən ikidən artıq komanda iştirak etməsin. Bu şərtə görə, İngiltərəni mundialda Çempionlar Liqasında 2021-ci və 2023-cü illərdə qalib gələn “Çelsi” və MS təmsil edəcək. Reytinqi kifayət qədər yüksək olan “Liverpul” iki komanda qaydasına görə yarışda iştirak hüququ qazana bilməyib. Cari mövsümdə çempionluğa ən real namizəd olan klubun MS-nin təlifinə razılaşmaması təbiidi: mersisaydlılar istənilən halda növbəti mövsümə mançesterlilərdən daha yaxşı hazırlaşa biləcəklər.
Bu mənada “Çelsi” iclasdakı təklifi dəstəkləməli idi. Axı paytaxt komandası da KDÇ-də iştirak edəcək. Lakin londonlular təxirəsalmaya ehtiyac duymayıblar. Görünür, heyətin çox geniş olmasına görə belə mövqe nümayiş etdiriblər.
Qvardiola çıxış yolunu nədə görür?
“Siti”nin cari mövsümdə necə üzücü nəticələrə malik olduğu hamıya məlumdu. Uzun illərdi daxili və beynəlxalq turnirlərdə rekordlar müəyyən edən Xosep Qvardiola və komandası artıq antirekordları sıralayır. İspaniyalı mütəxəssis müxtəlif problemləri yoluna qoymaq üçün gecə-gündüz baş sındırır. O, premyer-liqa klublarının məlum mövqeyindən sonra, “Nyukasl” ilə matçdan əvvəl keçirilən mətbuat konfransında narahatlığını jurnalistlərə belə çatdırıb:

“İndi problemin həlli üçün komandada 40 oyunçunun olması zəruridi. Bu isə mümkün deyil. 40 futbolçuya necə məvacib ödəyə bilərsiz? Bu, istənilən klubu müflis edə bilər”.


Qvardiola birbaşa KDÇ-nin yeni formatına toxunmayıb. Amma onun sözlərindən bu barədə narazı olduğunu başa düşmək çətin deyil. Dolayısı ilə illik təqvimi daha da sıxlaşdıran FİFA-nı və MS-nin təklifini qəbul etməyən Premyer-Liqanı “sancıb”. 54 yaşlı məşqçi çətinliklər içində olduğu məqamda əvvəlki illərdə qazanılan uğurları xatırlatmağı da unutmayıb. Mətbuat konfransında bunları da deyib:

“Bizim bir neçə il ərzində etdklərimiz xüsusi uğurlardı. İndi premyer-liqada 5-ci yerdəyik, başqa uğurlu komandalar kimi yerimiz rahat deyil. Buna baxmayaraq, mən təslim olmuram, işimi davam etdirəcəyəm”.


Pep jurnalistlərlə görüşündə daha emosional fikirlər də səsləndirib:

“Hamı “Pepə nə olub?” sualını verir. Amma heç kim onun əvvəlki illərdə nələrə nail olduğunu xatırlamır. İndi kim bir mövsümə 100 xal qazana bilər? Və ya ardıcıl dörd dəfə çempion ola bilər? Mən gözləyirəm”.


Bəlkə də, Qvardiola indiki məqamda “Siti”nin problemlərini yoluna qoyacağı ilə bağlı başqalarından çox özünü əmin etməlidi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri