Premyer Liqada mərkəzi oyun: Qarabağ lider Sabah a qarşı
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Günün ilk matçı Yevlaxda "Karvan-Yevlax"la "Şamaxı" arasında olacaq. Görüş saat 15:30-da başlayacaq.
Hazırda meydan sahibi komanda 11 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 8-ci pillədə qərarlaşıb.
Günün digər qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Sabah" mərkəzi arenada üz-üz gələcək. Prinsipial oyun saat 19:30-da başlayacaq.
Bakı klubu 66 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.
Qeyd edək ki, XXVIII turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edib, "Zirə" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib.
Tura aprelin 19-da yekun vurulacaq.(azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 18 Aprel 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















