Premyer Liqanın ən məhsuldar azərbaycanlıları İdman və Biz
Misli Premyer Liqasının ən yaxşı yerli bombardiri bəlli olub.
İdman.biz xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramov mövsümün ilk yarısının ən məhsuldar azərbaycanlı oyunçusudur.
5 qola imza atan futbolçu bombardirlər yarışında 6-7-ci yerləri bölüşür. Onun şəriki “Zirə”nin gürcüstanlı legioneri Giorgi Papunaşvilidir.
İlk 5 pillədə isə əcnəbilərdir. Coy-Lens Mikels (“Sabah”) və Felipe Santos (“Araz-Naxçıvan”) hərəyə 8 qol vurublar. Davit Volkov (“Zirə”), Leandro Andrade (“Qarabağ”) hərəyə 7, Cesse Sekidika (“Sabah”) 6 dəfə fərqlənib.
Yerli statusa malik oyunçular arasında 2-3-cü yerləri Nəriman Axundzadə (“Qarabağ”) və Orxan Əliyev (“Kəpəz”) bölüşürlər. Onların hərəsi 4 dəfə fərqlənib.
Qeyd edək ki, Misli Premyer Liqasının ikinci yarısı 2025-ci ilin yanvarın 17-də start götürəcək.
Vüqar Xeyrullayev
İdman.biz