Icma.az
close
up
RU
Premyer Liqaya vəsiqə qazandıqdan sonra da legioner transferi istəmədiyimi rəhbərliyə bildirmişəm MÜSAHİBƏ

Premyer Liqaya vəsiqə qazandıqdan sonra da legioner transferi istəmədiyimi rəhbərliyə bildirmişəm MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Bu mövsüm Azərbaycan I Liqasında çempionluğa əsas favorit hesab edilən komandalardan biri də "Şəfa"dır. Paytaxt təmsilçisinin baş məşqçisi, ötən mövsüm komandanı II Liqadan I Liqaya daşıyan Elgiz Kərəmli Sportal.az saytına müsahibə verib.

- İki gündən sonra artıq yeni mövsümdə ilk oyununuza çıxacaqsınız. Komandanı mövsümə 100 faiz hazır hesab etmək olar?

Çempionata kimi komandanı 100 faiz hazır  etmək çətindir. Çünki liqa oyunları daha sürətli və gərgin keçir. Futbolçular 3-4 turdan sonra fiziki və psixoloji cəhətdən maksimum hazır ola bilirlər.

- Mövsümöncəsi sizi daha çox düşündürən və narahat edən məqam hansıdır?

Yoxlama oyunlarında çoxsaylı qol epizodları yaradırdıq. Lakin onlardan çox az istifadə etməyimiz, az qol vurmağımız məni narahat edən məqamdır.

- Maraqlıdır ki, komandaya legioner transferi yalnız İran vətəndaşı olan, amma əslən Azərbaycandan Əmir İbrahimzadədir. Maraqlıdır, legionersiz çətin olmayacaqki? Çünki əsas rəqibiniz sayılan "Səbail"də legioner transferləri var..

Klub məni dəvət edəndə,əvvəlcədən bildirmişdi ki, legioner transferi etməyəcəyik. Klubun strategiyası yalnız azərbaycanlı futbolçularla oynayıb, inkişaf əldə etməkdir.
Mənə üçün də xoş olduğu üçün qəbul etdim. Əvvəlcədən şərtləri qəbul etdikdən sonra nəyisə bəhanə etmək mənə görə düzgün deyil. Mən özüm şəxsən rəhbərliyə bildirmişəm ki, Premyer Liqaya vəsiqə qazandıqdan sonra da legioner transferi istəmirəm.

- Necə düşünürsüz, "Şəfa"nın əsas rəqibi hansı komanda olacaq çempionluq mübarizəsində?

I Liqa hər il ötən illərə nisbətən daha da çox çətinləşir. Bu il komandaların heyətlərində daha çox Premyer Liqada oynamış futbolçular olacaq. Əsas rəqiblər “Mingəçevir”, “Səbail” MOİK və son günlərdə transfer bazarında aktivləşən, heyətini kifayət qədər gücləndirən “Zaqatala”nı görürəm. “Baku Sportinq” də heyətini I Liqa təcrübəsi olan futbolçulardan qurub. Digər komandalar da çox əzmkar futbolçulardan təşkil edilib, heç bir oyun asan keçməyəcək. Görünən odur ki, çempionatda bütün görüşlərin gərgin keçəcək. 

- “Şəfa”nın çempionluğa əsas namizəd göstərilməsi üzərinizdə təzyiq yaratmırki? Komanda təzyiqlərə də hazırdır, psixoloji sarıdan?

Çempionluq hər oyuna qələbə qazanmaq adı ilə çıxmaq istəyən hər bir komanda üçün əlavə gərginlik yaradır. Lakin futbolçularımızın yetərincə yetərincə təcrübəsi var və bu barədə narahatlığım yoxdur.

- U-21 yığmasında oyunçunuz Nahid Əliyev forma geyinir. Onun Portuqaliya və Bolqarıstanla matçdakı performansı futbol ictimaiyyəti tərəfindən bəyənildi. Yəqin ki, özünüz də oyunu izlədiz..

Bəli, əlbəttə ki, oyunu izləmişəm. Oyundan sonra da Nahidlə danışıb, ona dəstəyimizi bildirmişik. Yeni yaranmış klub üçün milliyə oyunçu vermək böyük uğurdur. Bolqarıstanla görüşdə də oynadı. Düşərgəmizə qoşulub. O, bizim üçün vacib futbolçudur. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri