Prestij məsələsi mükafat pulundan daha önəmlidir Fərid Namazov
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının III turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edən "Şəfa" 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şəfa"nın baş məşqçisi Fərid Namazov matç haqda fikirlərini bildirib:
"Bilirdik ki, oyun çətin keçəcək. Yaxşı hazırlaşmışdıq. Matçın böyük hissəsində üstünlük bizdə idi. Məni narazı salan yeganə məqam yaratdığımız qol epizodlarından yararlana bilməməyimizdir.
Prestij məsələsi mükafat pulundan daha önəmlidir. Əlbəttə, bu baxımdan müəyyən nüanslar var, lakin meydanda pul heç bir rol oynamır. Mükafat məsələləri futbolun ayrılmaz hissəsidir, amma bir daha təkrar edirəm ki, əsas prioritet prestijdir.
Reallıq budur ki, böyük büdcəyə malik klublarla daha məhdud büdcəsi olan komandalar arasında həmişə fərq olacaq. Yeri gəlmişkən, “Sabah”ı da Çempionlar Liqasında uğurlu çıxışı münasibətilə təbrik etmək istərdim. Bizim isə məqsədimiz daha yüksək mövqelər uğrunda mübarizə aparmaqdır".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 29 Avqust 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















