Icma.az
close
up
RU
Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiyaya aydınlıq gətirib

Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiyaya aydınlıq gətirib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev yeni siyasi konfiqurasiyaya aydınlıq gətirib.

Parlament seçkilərini rekord sayda müşahidəçi və məşvərətçi izləyib

APA-nın xəbərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri bildirib ki, müstəqillik əldə olunandan sonra müasir Azərbaycanın tarixində ilk dəfə olaraq parlament seçkilərini rekord sayda - 120 mindən artıq müşahidəçi və məşvərətçi izləyib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və digər beynəlxalq təşkilatların seçkilərlə bağlı ölkəmizə olan qərəzli mövqeyinə, həmçinin seçkiqabağı dövrün yay aylarına düşməsinə baxmayaraq, 69 ölkəni təmsil edən beynəlxalq müşahidəçilər seçkiləri izləyib: “2020-ci il parlament seçkilərində bu rəqəm 58 olub. Bundan əlavə, ötən il 25 siyasi partiya 71.048 nəfər müşahidəçi və məşvərətçi ilə seçkilərdə iştirak edib. 2020-ci ilin seçkilərində isə 24 siyasi partiya təxminən 2 dəfə az - 35.476 müşahidəçi və məşvərətçi ilə seçkilərdə iştirak edib. İlk dəfə olaraq seçkilər nəticəsində 125 seçki dairəsinin hər biri üzrə nəticələr etibarlı olub. Əvvəlki seçkilərdə, bir qayda olaraq, 1-11 aralığında seçki dairələri üzrə nəticələr etibarsız sayılırdı. Əvvəlki çağırış Milli Məclisdə orta yaş həddi 58,8 olduğu halda, yeni çağırışda bu göstərici 56,2 olub. Deputat seçilmiş 125 nəfərdən 37 nəfəri Milli Məclisə yeni seçilmiş şəxslər olub ki, bu da seçilmiş deputatların təxminən 29,6%-ni təşkil edib”.

Qadın deputatlardan ikisi müxalifəti təmsil edir

PA rəsmisi bildirib ki, Milli Məclisə seçilən deputatlardan 68-i Yeni Azərbaycan Partiyasını, 13-ü müxalifət partiyalarını təmsil edib, 44-ü bitərəf olub: “Müstəqillik tariximizdə ilk dəfə Milli Məclisə seçilən qadın deputatların sayının 26-ya çatması, o cümlədən onlardan 2-sinin müxalifət partiyalarını təmsil etməsi mühüm yeniliklərdən hesab edilir. VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə mandat qazanmış 8 müxalifət partiyasının nümayəndələri, müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların rəhbərliyində təmsil olunmuşdular. VII çağırış Milli Məclisdə də bu ənənə davam etdirilib, Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyalarından seçiliblər. Qeyd olunanları danmaq yalnız qərəzli yanaşmanın təzahürü ola bilər”.

Bütün tərəflər siyasi dialoqda fəal iştirak etməlidirlər

Şöbə müdiri bildirib ki, qısa müddət ərzində siyasi partiyalarla qarşılıqlı ittihamlar və etibarsızlıq mühitindən açıq müzakirələr və rasional münasibətlər səviyyəsinə çatılıb: “Bu cür prinsipial əhəmiyyət daşıyan nailiyyətlər qorunmalı və gələcəkdə daha da inkişaf etdirilməlidir. Qeyd olunan vəzifəni icra etmək üçün bütün tərəflər siyasi dialoqda fəal iştirak etməlidirlər”.

Şöbə müdiri onu da vurğulayıb ki, açıqlamasında sadaladığı “ilklər” ölkəmizdə aparılan islahatların və bilavasitə yeni siyasi konfiqurasiyanın təzahürləridir: “Bu, məhz o ilklərdir ki, dayanıqlı demokratik ənənələrin inkişafını təmin edir. Biz heç bir halda əldə olunan tarixi uğurları risk altına qoya bilmərik. Hər kəs çox gözəl bilir ki, danışdığımız və uğurunda mübarizə apardığımız həmrəylik mühiti həmin bu riskləri minimuma çatdırır”.

Seçkidə iştirak edib, lakin parlamentdə təmsil olunmayan partiyalar da maliyyə yardımı alırlar

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, ölkəmizdə siyasi partiyaların inkişafına ayrılan ali diqqətin bariz nümunələrindən biri də, Milli Məclisdə təmsil olunan siyasi partiyaların fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsinin 2022-ci ildən başlayaraq 4 milyondan 5 milyona manata, 2025-ci ildən isə 6 milyon manata çatdırılmasıdır: “Həmçinin son parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da 2024-cü ilin IV rübündən etibarən dövlətdən maliyyə yardımı almağa başlamışlar. Heç şübhəsiz ki, bu amil ölkəmizdə partiya hərəkatının inkişafını daha da stimullaşdıracaq. 11 siyasi partiyanın parlamentdə təmsil olunması o deməkdir ki, hər hansı bir konkret qanun layihəsinin hazırlanmasında 11 müxtəlif yanaşma və düşüncə paradiqmasından istifadə olunur. Qazanan tərəf isə yalnız Azərbaycan cəmiyyəti və dövləti olur, parlamentdə fikir müxtəlifliyinin mövcudluğu üçün mükəmməl zəmin yaranır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri