Icma.az
close
up
RU
Prezident bir sıra məhkəmələrə sədr və hakimlər təyin etdi

Prezident bir sıra məhkəmələrə sədr və hakimlər təyin etdi

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,

apellyasiya instansiyası məhkəmələri üzrə:

1.1. Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin;

1.2. Mehman Dünyamalı oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

1.3. Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

1.4. Elçin Məhəmməd oğlu Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

inzibati məhkəmələr üzrə:

1.5. Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin;

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

1.6. Günay Mikayıl qızı İsmayıl Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

1.7. Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.8. Abbas Əhəd oğlu Rzayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.9. Xəyal Əjdər oğlu Sarıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.10. Azər İslah oğlu Paşayev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.11. Elbəy Hidayət oğlu Allahverdiyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

1.12. Fərid İlham oğlu Əyyubov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.13. Natiq Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.14. Elmir Xoşbəxt oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.15. Marif Sabir oğlu Kazımov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.16. Ruslan Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.17. Gülsarə Kərimovna İmanova Zəngilan Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.18. Elşad İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin;

1.19. Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see364

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see148

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see131

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see116

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri