Prezident Əhmədə nə dedi? Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb.
Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən Prezident İlham Əliyev deyib:
- Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.
Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan.
Əhməd Yusifov: Çox sağ olun. Minnətdaram.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Oktyabr 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















