Prezident: Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirədə bildirilib.
"Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun", - Azərbaycan Prezidenti deyib.

Azərbaycan həkimlərindən ibarət briqada Aktau şəhərinə ezam olunacaq
25 Dekabr 2024 16:21
Azərbaycan rəsmiləri Aktau şəhərinə çatıb
25 Dekabr 2024 15:14
FHNə məxsus təyyarə Aktau şəhərinə göndərilib
26 Dekabr 2024 08:40
Prezident Xankəndi şəhərinə səfər etdi
19 Fevral 2025 09:59
Azərbaycandan göndərilən xüsusi nümayəndə heyəti Aktau şəhərinə ÇATDI FOTO
25 Dekabr 2024 15:12

