Prezident Əliyev Zelenskiyə yazdı: “Dəstəyi davam etdirəcəyik”
Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.
Dövlət başçısı Zelenskini və Ukrayna xalqını Azərbaycan xalqı adından təbrik edərək, iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycan-Ukrayna əlaqələrinin inkişafında siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar əməkdaşlığın mühüm rol oynadığını bildirib. Dövlət başçısı xüsusilə enerji sahəsində uzun illərdir davam edən əməkdaşlığı vurğulayıb.
Azərbaycan Prezidenti Volodimir Zelenskinin 2026-cı ilin aprelində Azərbaycana işgüzar səfərinin nəticələrini və həmin səfər çərçivəsində keçirilən görüşü yüksək qiymətləndirib.
İlham Əliyev Azərbaycan və Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə təsir edən əsas amillərdən biri olduğunu qeyd edib.
Prezidentin sözlərinə görə, ali səviyyədə davam edən fəal dialoq ticarət-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Məktubda Azərbaycanın Ukrayna xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcəyi xüsusi vurğulanıb.
“Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik”, – deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı Azərbaycan-Ukrayna dostluq əlaqələrinin xalqların mənafeləri naminə gələcəkdə də birgə səylərlə gücləndiriləcəyinə əminliyini ifadə edib.
İlham Əliyev Volodimir Zelenskiyə möhkəm cansağlığı və xoşbəxtlik, Ukrayna xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıb.
Təbrik məktubu 20 avqust 2026-cı ildə Bakı şəhərində imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 24 Avqust 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















