Icma.az
close
up
RU
Prezident Əliyevdən Türk birliyinə daha bir töhfə

Prezident Əliyevdən Türk birliyinə daha bir töhfə

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

1926-cı ilin 26 fevral– 6 mart tarixlərində Bakının İsmailiyyə Sarayında keçirilmiş Qurultay türkdilli xalqlar arasında dil, ədəbiyyat, tarix, etnoqrafiya və maarif sahələrində qarşılıqlı əməkdaşlığın elmi əsasda təşkili baxımından çox mühüm bir hadisə idi.

Qurultayda 131 nümayəndə iştirak etmiş, dövrün görkəmli alimləri Fuad Köprülüzadə, Bəkir Çobanzadə, Vasili Bartold, Hənəfi Zeynallı, Əhməd Baytursunov, Osman Akçökraklı və digər tanınmış türkoloqların çıxışları onun elmi nüfuzunu beynəlxalq səviyyəyə qaldırmışdır.

Qurultayda latın qrafikasına əsaslanan vahid ümumtürk əlifbasına keçid, ortaq terminologiyanın formalaşdırılması, dialektlərin təsnifatı və ümumi ədəbi dilin yaradılması kimi fundamental məsələlər müzakirə olunmuş, türk xalqları arasında maarif sisteminin harmonizasiyası və elmi əməkdaşlığın institusional prinsipləri müəyyənləşdirilmişdir. Bu təşəbbüslər Azərbaycanı türkoloji tədqiqatların aparıcı mərkəzlərindən birinə çevirmiş, ümumtürk mədəni inteqrasiyasının elmi-sistemli bünövrəsini formalaşdırmışdır.

Lakin həmin dövrdə türk xalqlarının istənilən forma və məzmunda birliyi ideyası Sovet ideoloji sisteminə “ciddi təhlükə” kimi görülürdü. Odur ki, Birinci Qurultayın aparıcı simaları olan Bəkir Çobanzadə, Ruhulla Axundov, Əhməd Baytursunov, Hənəfi Zeynallı, Vəli Xuluflu və başqaları 1930-cu illərin repressiya dalğasının qurbanına çevrildilər. Bu repressiyalar türkoloji elmin və türk milli mədəni irsinin sistemli şəkildə zəiflədilməsinə yönəlmiş imperiya siyasətinin tərkib hissəsi idi. Lakin Qurultayın ideyaları xalqın elmi və tarixi yaddaşından silinmədi, sonralar akademik Ziya Bünyadov, professor Adil Babayev kimi görkəmli alimlərin araşdırmaları bu irsin bərpasına və elmi dövriyyəyə qaytarılmasına ciddi töhfələr verdi. 2006-cı ildə Qurultayın 80, 2016-cı ildə isə 90 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması həmin elmi ənənənin davamlı inkişafına zəmin yaratdı.

22 oktyabr 2025-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam ilk növbədə milli-mənəvi yaddaşın bərpası və bu tarixi toplantının əhəmiyyətininin yenidən gündəmə gətirilməsi baxımından ollduqca vacib bir hadisədir.

Bu qərar 1926-cı ildə Bakıda keçirilmiş və türkdilli xalqların ortaq elmi-mədəni gələcəyinin formalaşdırılmasını hədəfləyən Birinci Türkoloji Qurultayın ideyalarının XXI əsrdə elmi əsaslarla yenidən aktuallaşdırılması üçün möhkəm zəmin yaradır və çağdaş dövrümüzün reallıqlarında türk dünyasının elmi-mədəni inteqrasiyasının yeni mərhələyə yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır.Bu təşəbbüs sadəcə yüz il əvvəl baş vermiş bir tarixi hadisənin xatırlanması deyil, həm də türkologiya elminin müasir inkişaf strategiyasının müəyyənləşdirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində dil və elm siyasətinin vahid platformada koordinasiya edilməsinə yönəlmiş konseptual addımdır.

Bu gün latın qrafikasına əsaslanan ortaq yazı sistemi məsələsi yenidən aktuallıq qazanmışdır. Bu baxımdan Azərbaycan və Türkiyənin əldə etdiyi nəticələr Qazaxıstan və Özbəkistanın da latın qrafikasına keçidi üçün dəyərli bir təcrübədir və bu təcrübə ümumtürk yazı sisteminin real elmi-linqvistik bazasını gücləndirir. Ortaq əlifba təkcə texniki məsələ deyil, həm də ortaq kimlik, mədəni yaddaş və mənəvi inteqrasiyanın simvolu və ən vacib mexanizmlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı həm elmi, həm də ideoloji müstəvidə Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji sənəddir.

Bir əsr əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türkdilli xalqların elmi və mədəni həmrəyliyinin təməlini qoymuş, bu gün həmin ideyalar Azərbaycan dövlətinin strateji dünyagörüşünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı təkcə yubiley tədbirinə dair qərar deyil, həm də tarixi ədalətin bərpası, elmi irsin qorunması və milli yaddaşın dirçəldilməsi istiqamətində mühüm siyasi-ideoloji addımdır. Bir əsr öncə İsmailiyyə Sarayında səslənən “ortaq dil, ortaq əlifba və ortaq mədəniyyət” ideyaları bu gün Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində XXI əsrin elmi reallığına çevrilərək Türk dünyasının gələcək inteqrasiyasına yeni elmi və mənəvi yol xəritəsi təqdim edir. Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin imzaladığı bu sərəncam türkologiyanın gələcək inkişafını istiqamətləndirən bir sənəd olmaqla yanaşı həm də böyük türk dünyasının elmi-mədəni inteqrasiyasına xidmət edən konseptual proqram kimi ümumtürk birliyinə öz töhfəsini verəcəkdir.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri