Icma.az
close
up
RU
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafına növbəti DƏSTƏK

Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafına növbəti DƏSTƏK

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.
Dörd təsisçi üzv arasında əməkdaşlıq forumu kimi başlayan TDT, indi əlavə müşahidəçilərlə yeddi üzv dövlətdən ibarət olan nüfuzlu təşkilata çevrilib. Bu birlik təkcə siyasi və iqtisadi ittifaq deyil, həm də türk irsi və dəyərlərinin mədəni və sosial birləşməsini təmsil edir.
Azərbaycan-TDƏŞ inkişaf etməyə davam etdikcə, Azərbaycan türkdilli xalqlar arasında ittifaqı möhkəmləndirməyi qarşısına məqsəd qoyaraq, Türk Dünyası daxilindəki roluna daha çox üstünlük verir. 
Prezident İlham Əliyev: "Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli dövlətlər arasında əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir.
Türk Dövlətləri Təşkilatı ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlığı nəzərdə tutmur, o həm də vahid Türk dünyası yaratmağa hesablanıb. 2009-ci ildə imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulan bu təşkilat üzvləri arasında qarşılıqlı etimadı, sülhü və rifahı təşviq etmək üçün dinamik foruma çevrilib".
Xüsusi qeyd etməliyik ki, Azərbaycanın bu təşkilata nə qədər birlik əzmində diqqətlə yanaşmasını sonuncu dəfə Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında açıq-aydın gördük. Prezident İlham Əliyev çıxışında deyir: “Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək.
Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın TDT Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”. 
Andiçmə mərasimində "Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritet məsələdir", - deyən Prezident Əliyev Azərbaycanın xarici siyasətinin yol xəritəsini aydın şəkildə vurğulamışdı. 
Prezident İlham Əliyev Azərbaycanın TDT üzrə strategiyasını dəqiq müəyyən edərək TDT-ni təkcə türk dünyasının kollektiv maraqlarına cavab verən təşkilat kimi deyil, həm də sülh, sabitlik və qarşılıqlı inkişafında önəmli rolu olan əsas platforma kimi nəzərdə tutur. 
Prezident İlham Əliyev Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına qarşılıqlı hörmət və ehtirama əsaslanaraq bildirmişdir: “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim.
200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.
Heç şübhəsiz, bu fikirlər Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.
Zamin Zeynal
Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, QHT sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see185

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see159

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see150

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see144

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see139

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see122

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri