Icma.az
close
up
RU
Prezident haqlıdır: “İndi bir biri ilə qucaqlaşan Türk dünyası var”

Prezident haqlıdır: “İndi bir biri ilə qucaqlaşan Türk dünyası var”

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hazırkı geosiyasi şəraitdə, dünya reallığında türk dünyası yeni çoxqütblü dünyanın güc mərkəzlərindən biri olmaq istiqamətində addımlayır, gündən-günə inteqrasiya və birliyini möhkəmləndirir”.

Bunu Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu Azərbaycan prezidenti İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir!" bəyanatını dəyərləndirərkən deyib. O qeyd edib ki, burada Azərbaycannın II Qarabağ savaşında əldə etdiyi zəfərin yaratmış olduğu ruh yüksəkliyi də çox önəmlidir:

“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, “Şuşa Bəyannaməsi”nin imzalanması, ölkəmizin hər hansı blok və qütblə geosiyasi qarşıdurmaya getmədən öz milli və təhlükəsizlik maraqlarını rəhbər tutan siyasət icra etməsi çox önəmlidir. Hər hansı güc mərkəzinin tərəfində yer almadan milli maraqlar tələb etdiyində Avropa,  Amerika, Rusiya və Çinlə də əməkdaşlıq edirik. Bu çox önəmli xarici siyasət xəttidir. Azərbaycan burada bir model olaraq da ön plana çıxır.

Azərbaycan təkcə Qarabağ zəfəri ilə deyil, diplomatik zəkası ilə,  bu dövr ərzində aparmış olduğu xarici siyasət kursu ilə fərqlənir”. 
T.Nüsrətoğlu diqqətə çatdırıb ki, türk dövlətlərin birliyində Türkiyənin də ciddi rolu var:

“Türkiyə həm yüksələn hərbi müdafiə sənayesi, həm də böyük demoqrafiya və iqtisadiyyata sahib olan ölkə olaraq, gündən-günə güclənir. Beynəlxalq arenada qlobal güc kimi ortaya çıxır və bu da türk dövlətlərinin birliyinə ayrı bir güc qatır, ilham verir. Cənab prezidentin "Türk dünyası bizim ailəmizdir!" fikri əslində bir strateji hədəf və üfüq göstərmək baxımından türk dünyası üçün mühümdür. Biz ortaq tarix, müştərək dəyərlər, dil üzərində qurulan birliyik. Tarixin müəyən dönəmində imperializm “Parçala, hökm et!” siyasəti çərçivəsində bizi bir-birimizdən ayrı salmağa çalışsa da, artıq sürətlə bir-biri ilə yaxınlaşan, qucaqlaşan türk dünyası var”. 

Professor onu da əlavə edib ki, türk dünyasının sərhədləri sadəcə müstəqil türk dövlətləri ilə məhdudlaşmır: “Türk dünyasının sərhədləri daha böyük coğrafilayalarda, istər İran, istər Rusiya, istər Yaxış Şərq ölkləri və başqa ərazilərdə türk xalqları yaşamaqdadır. Onların bəzilərinin dövlətləri içərisində müstəqil subyektləri, cümhuriyyətləri də var. Bu da ayrı bir güc anlamına gəlir. Türk dünyası ilə tarixən birlikdə olan Pakistan kimi ölkələri də daxil etmək çox mühümdür. Türk dünyası ərazi, demoqrafiya, iqtisadi, siyasi və hərbi qüdrət baxımından dünyanın güc mərkəzi ola biləcək  bir mərkəzdir. Azərbaycan da burada mədəni, siyasi anlamda Türkistanla Anadolunu birləşdirən bir körpüdür. Azərbaycan mərkəzli türk dünyası konsepsiyasının daha ciddi şəkildə işlənməsi gərəkir”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri