Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Prezident İlham Əliyev: “Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsidir”

Prezident İlham Əliyev: “Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsidir”

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

COP29-da yaşıl gələcəyin təməli qoyuldu

Bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşıyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tarixi uğurlarla yekunlaşdı. 33 saat davam edən müzakirələrdən sonra plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olundu. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul edildi. Bu, həm də Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Azərbaycanda keçirilən COP29-da Paris İqlim Sazişinin 6-cı maddəsinin tam uyğunlaşdırılmasına dair tarixi razılaşma əldə edildi. Bu maddə ilə bağlı 10 ilə yaxın davam edən çoxillik danışıqlar nəticə vermirdi və bu da iqlim dəyişikliyi ilə mübarizəyə əlavə vəsaitin cəlb edilməsinə mane olurdu. Dubayda keçirilən COP28-də Paris Sazişinin 6.4-cü bəndinin razılaşdırılmasına böyük ümidlər olsa da, gözlənilən nəticə əldə edilməmişdi. Bununla belə, Bakıda keçirilən sammitdə tərəflər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında karbon bazarının fəaliyyətinə yaşıl işıq yandıraraq, 6.2, 6.4 və 6.8-ci bəndləri razılaşdıra bildilər.

Bundan başqa, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul edildi. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Dövlət başçımızın son paylaşımda bildirdiyi kimi, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.

Ümumiyyətlə, Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarında bildirdi ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyulduğunu vurğulayan dövlət başçısı əlavə edir ki, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. 

Əlbəttə, bədxah qüvvələr COP29-un uğursuzluqla bitməsini arzulayır və bu istiqamətdə son günlər yalnış informasiyalar yaymağa çalışırdılr. Lakin bütün bu bədnam qüvvələrin əksinə olaraq Bakı Maliyyə Məqsədi qəbul olundu. Geosiyasi parçalanmalara rəğmən COP29-da mühüm qərarlar qəbul edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. COP29 Prezidenti, İtki və Zərər Fondunu fəaliyyətə keçirərək, 2025-ci ildə vəsaitin paylanmasını hazır vəziyyətə gətirməyi bacardı. Bu nailiyyətlə Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. 

COP29 Sədrliyi öz Fəaliyyət Gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş əldə etdi. Bu, şəffaflığın inkişaf etdirilməsi və İtki və Zərər Fondu üçün maliyyə təmin edilməsi daxil olmaqla bir çox sahəni əhatə edir. Sədrlik tərəfindən həyata keçirilən təşəbbüslərə əlavə olaraq, Tərəflər və digər maraqlı tərəflər öz öhdəlikləri ilə liderlik göstərdi. Prezident İlham Əliyev son paylaşımında qeyd etdiyi kimi, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. 

Bakı COP20-da dünyanın gələcəyinə daha ümidlə baxmağa imkan verdi. BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirdi ki, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur. Baş katib qeyd etdi ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır: “Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda COP29-un yekunları ilə bağlı bildirdi ki, COP29 quracağımız gələcəyin təməli qoyuldu.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “X” səhifəsində yazdı ki, “COP29 sazişi vacib bir addımdır”. Onun sözlərinə görə, Böyük Britaniyanın gələcək rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən yeni iqlim maliyyəsinin hədəfi qlobal iqlim tədbirlərini sürətləndirməyə kömək edəcək və planeti pisləşən iqlim böhranından qoruyacaq. 

İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra COP29-un, Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi Tərəflərinin görüşünün (CMA6) bağlanış plenarında dedi ki, COP29 iqlim maliyyəsində yeni eranın başlanğıcı kimi xatırlanacaq. O bildirdi ki, hazırda dünya son dərəcə çətin geosiyasi dövrdən keçir və belə zamanda vəziyyətin düzələcəyi ilə bağlı hissə qapılmaq doğru olmaz: "Belə bir məqamda yekun razılığa gəlmək çox böyük nailiyyətdir. Hər birimiz daha çox maliyyə təmin etmək üçün gərgin əmək sərf etdik. 100 milyard ABŞ dollarI hədəfini 3 dəfə artırdıq. Bu, daha real hədəfdir. Biz maliyyəni gələcəkdə artırmağı da qəbul edirik. İqlim qarşısında daha müdafiəsiz ölkələrə dəstək olmaq üçün çox çalışdıq və onların maliyyəyə əlçatanlığı təmin olunacaq".

Eyni zamanda, COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunlar 150 Tərəf tərəfindən təsdiq olundu. 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi. Bundan başqa, 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı.

Bütün bunlar COP29-un məqsədlərinə çatdığını göstərdi, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaratdı. Cəsarətlə qeyd etmək olar ki, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər. Bakı nailiyyətini Prezident İlham Əliyev çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirdi. COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olduğunu diqqətə çatdıran dövlət başçısı inandığını da açıqladı ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see383

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see351

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see293

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see278

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see269

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see250

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see249

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see244

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see240

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see236

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see222

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see217

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see216

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see193

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see190

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see185

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see185

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri