Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Prezidenti isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram".
Bu mövzuda digər xəbərlər:İlham Əliyev İsveçrə prezidentini təbrik etdi
01 Avqust 2025 11:42
İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
06 Mart 2026 12:18
Prezident İlham Əliyev milli bayram münasibətilə Çexiya Prezidentini təbrik edib
28 Oktyabr 2025 11:22
Prezident İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik edib
25 Mart 2026 11:10
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
25 Sentyabr 2026 16:16
Baxış sayı:90
Bu xəbər 01 Avqust 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















