Icma.az
close
up
RU
Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.

Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə - Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.

Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlətimizin başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğuladı.

Görüşə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirdi, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu dedi.

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunuldu, əməkdaşlığın perspektivləri müzakirə edildi. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri