Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Prezident İlham Əliyev obrazı: Azərbaycana inam və etimad amili

Prezident İlham Əliyev obrazı: Azərbaycana inam və etimad amili

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yaxud böyük siyasətdə dürüstlük və səmimiyyət faktoru barədə

İyulun 13-də Şuşada keçirilmiş “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevə ünvanlanmış suallardan biri də bu idi: “Azərbaycanın torpağında, siyasi mədəniyyətində və rəhbərliyində mövcud olan nədir ki, o, ölkəyə ən mürəkkəb məsələlərin - bir-birinə etibar etməyən, lakin nədənsə Azərbaycana etibar edən ölkələrə təsir edən məsələlərin həlli üçün tanınmış beynəlxalq mərkəzə çevrilmək gücü verir?”

Bu sual bir çox mətləblərdən xəbər verir. Prezident İlham Əliyev də çox doğru vurğuladı ki, “sualda da sizin bizim rolumuza verdiyiniz qiymət səsləndi”. Həqiqətən, Azərbaycanın beynəlxalq miqyasdakı uğurlarının və nüfuzunun təməlində dayanan amil ölkəmizin özünəxas siyasi mədəniyyət nümayiş etdirməsidir. Bu mədəniyyətin nəticəsidir ki, Bakı getdikcə daha vacib beynəlxalq təsir, konstruktiv diplomatiya mərkəzinə çevrilib.

Prezident İlham Əliyevə sual ünvanlayan qlobal kommunikasiya şirkəti “Yurovich Communications”ın baş icraçı direktoru, eyni zamanda, Soxnut Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri Roman Yuroviçin dediyi kimi, bir-biri ilə danışa bilməyən tamamilə fərqli ölkələrin liderləri hansısa nəticəyə nail olmaq üçün onlara kömək xahişi ilə Bakıya müraciət edirlər: “Amerika Birləşmiş Ştatları, İran, İsrail, Türkiyə, Suriya kimi ölkələr Azərbaycanın onlara kömək edə, prinsipial məsələlərin həllinə təsir göstərə biləcəyini qəbul edirlər”.

Dövlətimizin başçısı suala cavabında Azərbaycanın beynəlxalq diqqət mərkəzində olmasını şərtləndirən bir çox amillərin mövcudluğunu vurğulasa da, etimad məsələsini önə çəkdi: “Amma düşünürəm ki, etimadı birinci yerə qoyardım. Həm də Azərbaycanın səmimiyyətinə etimadı. Çünki qeyd etdiyiniz bütün hallarda və onların bir çoxunda normallaşdırma səylərində iştirak üçün bizə müraciət edən hər kəs inanırdı və başa düşürdü ki, bizim heç bir gizli niyyətimiz yoxdur. Bu, həqiqətən də belədir, heç vaxt olmayıb. Biz həmişə bacardığımız yerdə səmimiyyətlə kömək etmək istəmişik”.

Prezident İlham Əliyev etimad, inam və etibar amilini Azərbaycan dövlətinin davranış xətti kimi xarakterizə edir və bu xəttin kifayət qədər dayanıqlı olduğunu vurğulayır. Etimad, öz növbəsində, səmimiyyətdən qaynaqlanır. Səmimiyyət isə düzgünlük və doğruluqdur. Dövlətimizin başçısının vurğuladığı da elə budur: “Kömək etmək imkanı varsa, etməliyik. Əgər yoxdursa, yox deməliyik. Bir vaxtlar kömək etmək imkanımız yox idi, amma indi var - həm maddi, həm siyasi və həm də digər formalarda”.

Ancaq Azərbaycana etimadı şərtləndirən başqa vacib məqamlar da var və Prezident İlham Əliyev onlardan da söz açdı və bildirdi ki, ölkəmizə inam həm də ona görədir ki, “məxfi məlumatların sızmayacağı və heç bir yerə sızmadığı – hər halda, sızsa belə, bunun bizdən olmayacağı fikridir. İkincisi, öz aralarında ortaq dil tapa bilməyənlərin hamısı ilə dürüst olacağımıza səmimi bir inamdır. Bu cür hallar həm keçmişdə, həm də yaxın tarixdə çox olub”.

Məxfilik məsələsini el dilimizdəki qarşılığına sonda qayıdacağıq. Hələlik bildirək ki, Azərbaycanın etibarlı tərəfdaş kimi böyük hörmət qazanması ölkəmizin bütün vədlərə əməl etməsindən, sözü ilə əməli arasında heç vaxt fərq qoymamasından irəli gəlir. Azərbaycan dövlətinə beynəlxalq miqyasda etimad göstərilməsi ilə bağlı isə müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, dövlət başçıları, ekspertlər və nüfuzlu maliyyə institutları tərəfindən də fikirlər səsləndirilib. Məsələn, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen hələ 2022-ci ildə demişdi ki, Azərbaycan etibarlı, etimad edilən tərəfdaşdır. Xanım Lyayen AK-nin enerji sahəsində əməkdaşlığının uzunmüddətli strateji tərəfdaşlığa çevirmək istədiyini vurğulamışdı ki, hazırda bu, danılmaz reallığa çevrilib.

Qoşulmama Hərəkatına sədrlik müddətinin üzv dövlətlərin yekdil qərarı ilə 1 il uzadılması da təşkilatdakı 120 ölkənin Azərbaycana göstərdiyi siyasi etimadın ifadəsi idi. Yeri gəlmişkən, bu, beynəlxalq praktikada nadir hallarda rast gəlinən qərarlardan biridir. Habelə Avropa ölkələrinin rəhbərləri dəfələrlə ölkəmizi etibarlı qaz təchizatçısı, öhdəliklərinə sadiq tərəfdaş, enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olaraq qiymətləndiriblər. Onu da deyək ki, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi bu etimadı daha da möhkəmləndirib.

Bundan başqa, BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanın beynəlxalq tədbirlərin təşkili və çoxtərəfli əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirərək, ölkəmizin qlobal dialoq platformalarının təşkili istiqamətində rolunu dəfələrlə vurğulayıb. Həmçinin dünyanın maliyyə institutları Azərbaycanı makroiqtisadi sabitliyi qoruyan, maliyyə öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi qiymətləndirirlər ki, bu, həm də investor etimadının formalaşmasına müsbət təsir göstərən amillərdən hesab olunur.

Əslində, Prezident İlham Əliyev də IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində dünyanın aparıcı media orqanlarının və tanınmış ekspertlərin suallarına cavablarında bu və ya digər dərəcədə Azərbaycana inam və etimadı şərtləndirən məqamların üzərində dayandı. Dövlətimizin başçısı haqqında söz açdığımız konkret suala cavabında isə onu da bildirdi ki, ölkəmizin qurduğu etibarlı münasibətlər vacib məsələləri müzakirə etməklə və gərginliyi azaltmaqla, bəzi ölkələr üçün faydalı olmağımıza imkan verir. Ən başlıcası isə mövcud dəst-xətt regional siyasət amilinə çevrilir: “Buna görə də bu gün Azərbaycanın regional məsələlərdə, minimum regional məsələlərdə rolu təbii olaraq artır. Bu rol müsbətdir, konstruktivdir və mümkün olan yerlərdə kömək göstərmək üçün imkan daxilində yardımlara davam edəcəyik”.

Sonda bir məqamın da üzərində dayanaq. Məlum olduğu kimi, siyasət və səmimiyyət, böyük ölçüdə, bir-birinə yad anlayışlardır. Hətta bəzən bir siyasi xadimin səmimi ola bilməyəcəyinə dair qəti baxışlar və arqumentlər səsləndirilir. Ancaq hesab edirik ki, Azərbaycan dövlətinin yürütdüyü xətt bütün bu deyimləri heçə endirir. Bu, siyasət arenasında məxsusilikdir. Elə bir məxsusilik ki, məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Əslində, dövlətimizin başçısı özünün hərəkət və davranışları ilə, bir növ, etalon, fərqli siyasi mədəniyyət formalaşdırır. Bu mədəniyyətdə həm dövrün və zamanın tələbinə uyğun rasional və proqmatik yanaşma var, həm də ənənələrə sadiqlik ruhu. Rasional və praqmatik yanaşma öz yerində, söhbət Azərbaycan kişisinin xarakterinə əsaslanmış ənənələrə sadiqlikdən gedir. Məhz bu səbəbdən Prezident İlham Əliyev beynəlxalq miqyasda ölkəmizə inam və etimadı şərtləndirən cəhətlərdən söz açarkən, son dərəcə sadə nüansın üzərində dayanır. Yazımızı həmin nüansa əlavə şərh vermədən diqqətə çatdırmaqla tamamlayırıq: “İnsanlar bizə dürüstlüyümüzə və necə deyərlər, bizdə belə bir söz var – “ağzıbütöv” olmağımıza görə etibar edirlər – elədir? Bunu rus dilinə necə tərcümə edəcəyimi bilmirəm, elə deyilmi? Ağzına qıfıl vurmaq - eləmi? Düşünürəm ki, buna görə də bizə belə münasibət var”.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri