Icma.az
close
up
RU
Prezident İlham Əliyev Rəcəb Təyyib Ərdoğana zəng edib Suriyada yaranmış vəziyyət müzakirə olunub AzPolitika onlayn siyasiictimai qəzet

Prezident İlham Əliyev Rəcəb Təyyib Ərdoğana zəng edib Suriyada yaranmış vəziyyət müzakirə olunub AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.

Dövlətimizin başçısı Prezident Rəcəb Təyyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.

Prezident Rəcəb Təyyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see229

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see222

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see217

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see193

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see183

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see181

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see137

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see133

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see132

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

12 Avqust 2025 01:19see130

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see129

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see127

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see126

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see119

“Qarabağ” Makedoniya klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxardı

12 Avqust 2025 00:40see117

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see116

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see116

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see116

Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma...

12 Avqust 2025 00:10see114

Azərbaycan nefti bahalaşıb

12 Avqust 2025 09:20see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri