Bişkek neft məhsulları tədarükünün şaxələndirilməsində və Azərbaycan üzərindən keçən sabit marşrutlarda maraqlıdır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 noyabr, Tamilla Məmmədova, AZƏRTAC
Qırğızıstan neft məhsulları tədarükünün şaxələndirilməsində və Azərbaycan üzərindən keçən sabit marşrutlarda maraqlıdır ki, bu da yüklərin tranziti və beynəlxalq logistika zəncirlərində iştirak üçün həyati əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında qırğız politoloq və iqtisadçı İsgəndər Şarşeyev bildirib.
Onun sözlərinə görə, region ölkələri ortaq tarix, dil və mədəniyyətlə sıx şəkildə bağlıdır ki, bu da əməkdaşlığın daha da dərinləşdirilməsini asanlaşdırır.
Qırğızıstan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdən danışan ekspert vurğulayıb ki, birgə inkişaf fondu iri layihələri fəal dəstəkləyir, sahibkarlığın inkişafını stimullaşdırır və milyonlarla dollarlıq büdcələrə malik təşəbbüslərin həyata keçirilməsi üçün şərait yaradır. Onun fikrincə, Çin və Özbəkistanla birgə reallaşdırılan dəmir yolu layihələri Azərbaycanın limanlarına birbaşa çıxış açacaq və Avropa bazarları ilə inteqrasiyanın əsas elementlərindən birinə çevriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 22 Noyabr 2025 03:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















