Icma.az
close
up
RU
Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb FOTO/YENİLƏNİB Doğru Xəbərlər

Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb FOTO/YENİLƏNİB Doğru Xəbərlər

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Surinam Prezidenti ilə görüşdən məmnunluğunu bildirən dövlətimizin başçısı Çandrikapersad Santoxinin dəvəti qəbul edib, COP29 tədbirində iştirak etdiyinə görə minnətdarlığını bildirdi və vurğuladı ki, bu, ikitərəfli münasibətlərimizdə yüksək səviyyədə ilk rəsmi səfərdir. Azərbaycan Prezidenti bu səfərin əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edərək, onun səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Surinam Prezidenti dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevin COP29 prosesində liderliyinin təqdir olunduğunu qeyd etdi və bu cür mötəbər tədbirin təşkilinə görə minnətdarlığını bildirdi. O, COP-a sədrliyin asan olmadığını dedi, ancaq bununla belə Azərbaycanın bu məsələdə liderlik göstərdiyini vurğuladı.

Söhbət zamanı xalqlarımız arasında dostluq münasibətlərinin olduğu bildirildi, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimizin yaxından əməkdaşlıq etdiyi qeyd edildi.

Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Qonaq Surinamdan olan tələbələrə Azərbaycanın ali təhsil müəssisələrində təqaüd verilməsi və universitetlərimiz arasında əməkdaşlığın yaradılması məsələsini diqqətə çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlərin irəliyə aparılması üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılıq əldə olundu.

Söhbət zamanı COP-un gündəliyində duran məsələlər və ölkələrimizin COP çərçivəsində, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://dogru.az
archiveBu xəbər 11 Noyabr 2024 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri