Icma.az
close
up
RU
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü: milli birlik, sosial ədalət və hüquqi islahatların vəhdəti ŞƏRH

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü: milli birlik, sosial ədalət və hüquqi islahatların vəhdəti ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasında müasir dövlət idarəçiliyinin əsasını Konstitusiyanın aliliyi, milli suverenliyin qorunması və insan hüquqlarının təmin edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu fundamental prinsiplərin real hüquqi mexanizmlərlə möhkəmləndirilməsinə yönəlib. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının daha dərindən dərk olunmasına, suverenlik anlayışının yalnız siyasi deyil, eyni zamanda hüquqi və mənəvi mahiyyətinin cəmiyyətə çatdırılmasına xidmət edir.

Bu il çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü Prezident İlham Əliyevin hüquqi, sosial və humanitar siyasətinin mühüm tərkib hissəsidir. Amnistiya yalnız hüquqi akt kimi deyil, eyni zamanda milli birlik, ictimai həmrəylik və sosial ədalət ideyalarının təcəssümü kimi qiymətləndirilir. Dövlət bu təşəbbüslə göstərir ki, hüquq sistemi təkcə cəzalandırıcı mexanizm deyil, həm də insanın islahına, cəmiyyətə yenidən inteqrasiyasına və sosial tarazlığın qorunmasına xidmət edən kompleks bir strukturdur.

Amnistiya təşəbbüsü cəza siyasətinə humanist yanaşmanın bariz nümunəsidir. Müasir hüquq nəzəriyyəsinə görə, cəzanın əsas məqsədi intiqam deyil, hüquq pozuntularının qarşısının alınması və fərdin islah olunmasıdır. Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs cəzanın sosial mahiyyətini ön plana çıxarır. Dövlət insanı cəmiyyətdən təcrid etməyi deyil, onu yenidən cəmiyyətin fəal üzvünə çevirməyi prioritet hesab edir.

Bu təşəbbüs Konstitusiyanın əsas prinsipləri ilə birbaşa bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit edir. Amnistiya aktı məhz bu ali dəyərin qorunmasına və praktiki tətbiqinə xidmət edir. Eyni zamanda, bu proses qanunun aliliyi prinsipinə xələl gətirmir, çünki amnistiya yalnız müəyyən edilmiş kateqoriyalara şamil olunur və ciddi hüquqi meyarlar əsasında həyata keçirilir.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü sosial baxımdan da böyük əhəmiyyət kəsb edir. Amnistiya ailə institutunun möhkəmləndirilməsinə, sosial münasibətlərin sağlamlaşdırılmasına və ictimai sabitliyin gücləndirilməsinə xidmət edir. Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, onların normal həyata adaptasiyası cəmiyyətin sosial strukturuna müsbət təsir göstərir. Dövlət bu addımla yalnız hüquqi deyil, həm də sosial məsuliyyət daşıdığını açıq şəkildə nümayiş etdirir.

Amnistiya təşəbbüsü milli birlik ideyasını daha da gücləndirir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən bu addım cəmiyyətə dövlətin güclü, ədalətli və humanist mahiyyətini nümayiş etdirir. Suveren dövlət öz hüquqi sisteminə güvənən, cəmiyyətinə inanan və sosial məsuliyyəti dərk edən dövlətdir. Prezident İlham Əliyevin siyasəti məhz bu fəlsəfəyə əsaslanır.

Bu təşəbbüs beynəlxalq hüquqi yanaşmalarla da uzlaşır. Bir çox ölkələrdə mühüm tarixi mərhələlərdə, konstitusion proseslər və milli həmrəylik dövrlərində amnistiya aktları qəbul edilir. Azərbaycan da bu beynəlxalq təcrübəni milli maraqlara uyğun şəkildə tətbiq edərək hüquqi dövlət imicini daha da möhkəmləndirir. Bu, ölkənin beynəlxalq nüfuzunun artmasına və hüquqi islahatların müsbət qiymətləndirilməsinə şərait yaradır.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü son illər aparılan məhkəmə-hüquq islahatlarının məntiqi davamı kimi çıxış edir. Məhkəmə sisteminin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və hüquqi mexanizmlərin şəffaflaşdırılması bu təşəbbüs üçün möhkəm zəmin yaradıb. Amnistiya hüquq sisteminin çevikliyini və müasir çağırışlara uyğunlaşma qabiliyyətini nümayiş etdirir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi eyni zamanda hüquqi maarifçiliyin gücləndirilməsinə xidmət edir. Cəmiyyət Konstitusiyanın real həyatda necə tətbiq olunduğunu, dövlət qərarlarının hansı dəyərlərə əsaslandığını daha aydın şəkildə dərk edir. Bu isə vətəndaşların hüquqi şüurunun formalaşmasına və qanuna hörmət hissinin möhkəmlənməsinə mühüm töhfə verir.

Ümumilikdə, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin müasir, humanist və məsuliyyətli idarəetmə modelini dolğun şəkildə əks etdirir. Bu təşəbbüs hüquqi dövlət quruculuğunun dərinləşməsinə, sosial ədalətin təmin olunmasına və milli birliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. Dövlətçilik fəlsəfəsinin mərkəzində insan amilinin dayanması bu siyasətin əsas mahiyyətini təşkil edir və Azərbaycanın gələcək inkişafı üçün etibarlı hüquqi və mənəvi zəmin yaradır.

Ərşad Hüseynov,

YAP Gədəbəy Mədəniyyət ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri