Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat regional sabitliyin və sülhün yeni mərhələsidir ŞƏRH

Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat regional sabitliyin və sülhün yeni mərhələsidir ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi. Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur” fikri diplomatik ehtiramla yanaşı, Türk dünyasının birliyinə əsaslanan siyasi təfəkkürün ifadəsidir. Bu fikrin arxasında həm ortaq tarixi köklər, həm də bugünkü strateji məqsədlər dayanır. Prezident İlham Əliyevin “xalqımız üçün ən ağır dövrlərdə biz Qazaxıstanın qardaş dəstəyini hiss etmişik” deməsi həm də gələcəyə ünvanlanan etimadın təsdiqidir. Bu bəyanat göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri ideya və dəyərlər birliyinə əsaslanan strateji tərəfdaşlıq modelidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan–Ermənistan sülh prosesidir. Dövlətimizin başçısı xatırlatdı ki, “Vaşinqtonda Prezident Trampın iştirakı ilə sülh sazişi paraflandı və Qazaxıstan bu məsələyə münasibət bildirən ilk ölkələrdən biri oldu”. Bu bəyanat regionda yeni diplomatik mərhələnin başlandığını göstərir. Azərbaycanın təşəbbüsləri sayəsində Cənubi Qafqazda artıq sülh sənədləri kağız üzərində deyil, real həyatda formalaşır. Prezident İlham Əliyevin “Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb” fikri isə bunun praktik göstəricisidir. Bu, Prezident İlham Əliyevin çoxillik siyasi strategiyasının davamıdır – sabitlik yalnız silahın susması ilə deyil, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar əsasında bərqərar olur. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas strateji mövzulardan biri nəqliyyat-logistika sisteminin gələcəyinə dair mesajlar idi. Dövlətimizin başçısı vurğulayıb: “Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq.” Bu bəyanat Azərbaycanın artıq Avrasiyanın əsas tranzit və ticarət mərkəzinə çevrildiyini göstərir. Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər tam istifadəyə verilməsi regionun iqtisadi xəritəsini köklü şəkildə dəyişəcək, Orta Dəhliz ilə birləşərək, Asiyadan Avropaya qədər yüklərin daha təhlükəsiz və sürətli daşınmasına imkan yaradacaq. Bununla yanaşı, Prezident İlham Əliyev TRIPP layihəsinin əhəmiyyətini qeyd edərək bildirdi ki, bu marşrut “Orta Dəhlizin daha bir seqmentini formalaşdıracaq.” Beləliklə, Azərbaycan yalnız enerji və logistika sahəsində deyil, qlobal sülh və iqtisadi tərəfdaşlıq modelində də aparıcı mövqeyini möhkəmləndirir.

S.Möhbalıyev, həmçinin deyib ki, Prezident İlham Əliyevin bəyanatında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ayrıca strateji xətt kimi qeyd edildi. Gələn il Bakıda keçiriləcək həm İslam Əməkdaşlıq Təşkilatının Sammiti, həm də Qazaxıstanın təşəbbüsü ilə formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti Azərbaycanın beynəlxalq diplomatiyada mərkəzi rola malik olduğunu göstərir. Bu tədbirlər Türk dünyasının iqtisadi, siyasi və humanitar inteqrasiyasının real dayaqlarını möhkəmləndirəcək. Prezident İlham Əliyevin dediyi kimi, “biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik”. Bu, artıq birgə strateji kimliyin ifadəsidir. Azərbaycan Prezidenti çıxışında Qazaxıstanın Qarabağın bərpasında iştirakını xüsusi minnətdarlıqla qeyd etdi. Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu qardaşlığın rəmzi kimi təqdim olundu: “Hər bir Azərbaycan vətəndaşı həmin mərkəzdən keçərkən qardaş köməyinin şahidi olur.” Bu, həm “Böyük Qayıdış” layihəsinin mənəvi dəyərini, həm də türk dövlətləri arasında qardaşlıq bağlarının praktik təzahürünü göstərir. Bu əməkdaşlıq modeli regionda humanitar diplomatiyanın ən gözəl nümunəsidir.

“Prezident İlham Əliyev bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq vahid coğrafi məkan çərçivəsində çıxış edir. Bu yanaşma yeni regional arxitekturanın siyasi əsaslarını müəyyənləşdirir. Azərbaycan–Qazaxıstan tandemi bu sistemin təməl sütunlarından biridir. Əgər ötən onilliklərdə bu əlaqələr daha çox iqtisadi və mədəni əməkdaşlıq üzərində qurulurdusa, bu gün artıq təhlükəsizlik, nəqliyyat, enerji və sülh məsələlərini əhatə edən kompleks strateji modelə çevrilib. Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan artıq regional oyunçu deyil, qlobal proseslərdə fəal rol oynayan, lider dövlətdir. Bu liderlik dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipial mövqeyi və milli maraqlara əsaslanan diplomatiya fəlsəfəsi üzərində qurulub. Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, sülhün və iqtisadi inteqrasiyanın əsas təminatçısıdır. Zəngəzur dəhlizi, Orta Dəhliz və TRIPP layihələri ölkəmizi Avrasiyanın əsas logistika və enerji mərkəzinə çevirəcək. Bu iqtisadi güc, siyasi etimadla birləşərək Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh diplomatiyası təkcə Ermənistanla münasibətləri normallaşdırmır, həm də regionda yeni əməkdaşlıq modelini formalaşdırır. Bu modelin əsas prinsipi sadə, lakin dərin məzmunludur — ədalət, qarşılıqlı hörmət və real inkişaf. Gələcəyə baxışda Azərbaycanın qarşısında üç əsas istiqamət prioritet olaraq qalır. Enerji və nəqliyyat arteriyalarında liderlik mövqeyinin qorunması, Türk dünyası inteqrasiyasının siyasi və iqtisadi əsaslarının dərinləşdirilməsi və Qafqazda sülh və sabitliyin uzunmüddətli institusional təminatı. Bu istiqamətlər Azərbaycanın milli güc konsepsiyasının ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq Cənubi Qafqazda yeni geosiyasi nizamın memarı, Türk dünyasında birləşdirici qüvvə, Avrasiya miqyasında isə sabitliyin və inkişafın təminatçısıdır. Beləliklə, Qazaxıstanda səsləndirilən bəyanat təkcə diplomatik çıxış deyil, Azərbaycanın gələcək siyasi və iqtisadi vizyonunun konseptual ifadəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri