Icma.az
close
up
RU
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi faktlar riyazi dəqiqliyə malikdir ŞƏRH

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi faktlar riyazi dəqiqliyə malikdir ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin hər bir müsahibəsi proqram xarakterlidir. Dövlətimizin başçısının müsahibələri o qədər zəngindir ki, hər dəfə Azərbaycanın tarixi, yürütdüyü siyasət və gələcək vizyonu ilə bağlı yeni məqamlara aydınlıq gətirilir. İfadələrin ustalıqla seçilməsi, sözlərin yerində dəqiqliklə vurğulanması dövlətimizin gücü qədər, dövlətimizin başçısının də müdrikliyindən, yüksək şəxsi keyfiyyətlərindən, zəngin təcrübəsindən xəbər verir.

Nəzərə alsaq ki, Əbu-Dabi görüşü Vaşinqton görüşünün hazırlıq mərhələsi, Vaşinqton görüşü isə Əbu-Dabi səfərinin uğurlu davamı, bütün danışıqların isə ən yüksək mərhələsi kimi dəyərləndirilə bilər, bu baxımdan müsahibənin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalına məhz Azərbaycanın paytaxtında verilməsi təsadüfi deyil. Çünki proseslərin inkişaf trayektoriyasının və uğurlarının da müəllifi məhz Azərbaycan və onun Müzəffər Lideridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsinə qətiyyətlə, riyazi dəqiqliklə və işğalçı ilə işğala məruz qalan tərəfin hansı aktor olduğunun izahı ilə start verdi. Avqustun 8-də Vaşinqtonda baş verən hadisələri qarşıdurmanın və gərginliyin sonu kimi xarakterizə etməklə dövlətimizin başçısı hər bir tərəfin ünvanına çatdırdı ki, mənfi notlarla dolu səhifələr bağlanıb, yenidən açılmasına cəhd belə göstərilməsin.

Dövlətimizin başçısı müsahibə boyu zamanlamanı da zərgər dəqiqliyi ilə nəzərə alırdı. Bundan əvvəl Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə mənfur Minsk qrupunun artıq son günlərini yaşadığını bildirdisə, 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesini də vaxtında vurğuladı. Bildirdi ki, Azərbaycan işğal illərində məruz qaldığı qərəzli yanaşmadan sonra düşünülmüş planla hərəkət etdi, prosesdə yaranan bütün boşluqları dövlətimizin başçısının diplomatik səyləri ilə dərhal doldurdu. Məruz qaldığı haqsızlıqlara baxmayaraq, müdrik yanaşma ortaya qoyan da məhz Azərbaycan oldu. Ölkəmiz Ermənistanla sülh prosesinə başlamağı təklif etdi, danışıqlar formatının təşəbbüskarı, sülh sazişinin layihəsini təqdim edən tərəf oldu. Dövlətimizin başçısı bununla bağlı bir daha qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd məhz Azərbaycanın baxışına əsaslanır.

Ş.Həsənova bildirib ki, Azərbaycan Prezidenti Vaşinqtonda imzalanan sənədi “Ermənistan üçün sülhə və sabit inkişafa zəmanət” kimi dəyərləndirməklə, sadəcə, regionda deyil, dünyada gedən proseslər baxımından da Ermənistanın son dərəcə diqqətli davranmalı olduğuma eyham vurdu.

“Müsahibədə diqqətçəkən məqamlardan biri o oldu ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində insanların evlərinə qayıtmalarına başlanılsa da, bərpa-quruculuq işləri aparılsa da, mina təhlükəsi bu işlərin miqyasının daha da genişləndirilməsinə ciddi maneə yaradır”, - deyə politoloq əlavə edib.

Politoloqun sözlərinə görə, müsahibədən hər bir tərəf anlamalıdır ki, Prezident Trampın və onun komandasının prosesə cəlb olunmasını da Azərbaycan ilk anlardan öz maraqları, vətəndaşlarımızın təhlükəsizlik zəmanəti amili üzərindən dəyərləndirib. Azərbaycan milli maraqlar baxımından mahiyyəti dəyişməyən fəxri nüanslarda anlaşmaya gedib. Necə ki, Azərbaycan coğrafi mövqeyin verdiyi imkanlardan yaralanır, Ermənistan da eyni yanaşmanı ortaya qoymalıdır. XXI bu yanaşmaya qarşı gələnin sonu dəqiq uçurumdur.

“Danışıqlar məhz Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Yekun sülh sazişi də zaman məsələsidir. Elə bu məqamda yaddaşlarda Prezident İlham Əliyevin “Bizim qarşımızda dayanan yeganə maneə zamandır” kimi müdrik fikri təzələnir. Heç bir dövlətin sənədi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz. Diqqətə çatdırılan digər məsələ də o idi ki, dövlətimizin başçısı Ağ Evdə Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında paraflanmış bu sənədi müharibənin başa çatması faktı kimi dəyərləndirdi”, - deyən Ş.Həsənova əlavə edib ki, hüquqi, legitim dövlət olan Azərbaycan bu baxımdan yalnız legitimliyi təsbit və təsdiq edilmiş siyasi fiqurlarla təmasda olur. Müsahibə zamanı Prezident İlham Əliyevin Məsud Pezeşkian üzərindən İran-Azərbaycan münasibətlərini məhz bu cür şərh etməyə başlaması da çox mətləblərdən xəbər verir. Buna görə də Azərbaycan gücünü öz torpaqlarında göstərdi, müharibəmizin azadlıq müharibəsi olduğu, işğal edən ölkə olmadığımız bir daha diqqətə çatdırıldı. Həmçinin vurğulandı ki, Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün əlindən gələni əsirgəməyəcək.

Dünyada gedən siyasi prosesləri ambivalent duruma salan məsələyə münasibətdə dövlətimizin başçısı aydın mövqe ortaya qoydu ki, ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə kimi birmənalı mövqe nümayiş etdirərək Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Söhbət isə həm hüquqi nöqteyi-nəzərdən, həm sərhədlərə nəzarətdən, habelə fiziki birlikdən gedir, eyni zamanda, dünyanın istənilən yerində separatizmə qarşıyıq.

Politoloq, həmçinin vurğulayıb: “Müsahibədə qabarıq formada üzə çıxan üç mühüm amil kimi təhlükəsizlik, təcrübə və din məsələləri üzrə xüsusi yanaşma ortaya qoyan dövlətimizin başçısı bildirdi ki, prezidentliyinin istənilən dövründə Azərbaycan üçün istənilən potensial təhlükə belə onun üçün ciddi çağırış olub. Habelə tarixin keşməkeşi Azərbaycanı müxtəlif spektrli təcrübə toplamağa vadar edib, bunu da yalnız xahiş edildiyi anda bölüşməyə hazırdır. Məhz bu yanaşmanın özü, ilk növbədə, Azərbaycanın və onun Liderinin ləyaqətli imicindən xəbər verir. Din məsələsinə gəldikdə, Prezident İlham Əliyev, sözün əsl mənasında, malik olduğumuz ideal yanaşmanı bir daha, ən çox da ərəb dünyası üçün ortaya qoydu ki, Azərbaycan cəmiyyəti üçün prioritet olan amil milli, etnik kimliyin vətəndaşlıqla çulğalaşmasıdır. Bu baxımdan bölücülüyün torpaq kimi, dini tərəfi də heç bir sıralamaya daxil edilmir. Bizim üçün yeganə ali mərtəbə var ki, o da etnik kimlikliyimizlə, dilimizlə, dinimizlə birləşdiyimiz dövlətimiz, dövlətçiliyimizdir”.

Ş.Həsənova diqqətə çatdırıb ki, müsahibənin riyazi dəqiqliklə olmasını dövlətimizin başçısı əvvəldə olduğu kimi, sonda da sübut etdi. Bəli, Azərbaycan o zaman çox zəif idi, ordusu yox idi, Azərbaycanı irəli aparan lider qıtlığı isə ən böyük düşmənimiz idi. Bu gün isə Azərbaycan güclü dövlətdir, ordusu özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirib, prosesləri önə doğru özü aparmağı bilən aktordur, müzəffər Liderimiz isə xalqımızın ən dəyərli resursudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri