Icma.az
close
up
RU
“Prezident İlham Əliyevin Türkiyə səfəri bütövlükdə türk dünyasının iqtisadi inkişafına təkan verəcək”

“Prezident İlham Əliyevin Türkiyə səfəri bütövlükdə türk dünyasının iqtisadi inkişafına təkan verəcək”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Azərbaycan-Türkiyə əməkdaşlığı kifayət qədər strateji əhəmiyyət daşıyan, dost, qardaşlıq prinsiplərinə söykənən çoxşaxəli münasibətləridr. Beynəlxalq münasibətlər sisteminə baxsaq görərik ki, bu prinsiplərə söykənən dövlətlərin sayı elə də çox deyil”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Allahverənov bidlirib. Millət vəkili qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələri əhatə edən unikal qardaşlıq nümunəsidir:

“İki dövlət, iki xalq arasında çox dərin və çoxşaxəli bağlar mövcuddur. Məhz bu amil münasibətlərin inkişafına ciddi təsir göstərir. Siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik və digər baxımdan iki dövlət arasında sıx əlaqələr mövcuddur. Bu münasibətlər qarşılıqlı etimad və dəstək prinsipinə söykənib. İki dövlət bütün siyasi platformalarda bir-birini dəstəkləyir.

Müstəqillik tariximizə nəzər saldıqda görərik ki, Türkiyə hər zaman bizim yanımızda olub. Azərbaycan da hər zaman Türkiyənin yanında olub, onun atdığı addımları dəstəkləyib.

İqtisadi baxımdan iki ölkə arasıdna səmərəli əmədkaşlıq mövcuddur. Azərbaycan neft-qaz təchizatı baxımından Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir və beynəlxalq oyunçulardan biridir. Azərbaycan Türkiyə və Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. TANAP bu cür layihələrdən biridir.

Azərbaycanla Türkiyə arasında hərbi sahədə ciddi əməkdaşlıq var. Bunun ən böyük isbatı vaxtaşırı birgə hərbi təlimlərin keçirilməsidir. Türkiyə Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynayıb.

İki dövlət arasında mədəni və humanitar əlaqələr də mövcuddur.  Bu əlaqələr vahid din, dil və tarixi ənənə prinsiplərinə söykənir. Türk Dövlətləri Təşkilatının fəaliyyətində Azərbaycan-Türkiyə tandemçi üzərində bərqərar olması bir faktdır”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Türkiyə səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi töhfə verəcək:

“Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri bir daha göstərdi ki, iki dövlət arasında iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi mühüm yer tutur. Azərbaycan-Türkiyə əmədkaşlığı Avropanın etibarlı enerji təminatı baxımından həyati əhəmiyyətə malikdir. 2024-cü il mayın 14-də İstanbulda Azərbaycanla Türkiyə arasında mühüm sənəd imzlandı. Bu müqavilə təbii qaz sahəsində əməkdaşlığı nəzərdə tuturdu.

TANAP-ın qaz ötürmə gücü bir il üçün 16 milyon kub metrdir. Bunu 2027-ci ildə 31 milyon kub metrə qədər qaldırmaq mümkündür.

İğdır-Naxçıvan qaz kəməri də mühüm strateji əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə Naxçıvanın enerji təhlükəsizliyi baxımından önəmlidir. Naxçıvan bugünə qədər qaza olan tələbatını İran üzərindən əldə edirdi. İndi isə öz enerji tələbatını təmin etmək üçün ikinci bir imkana sahibdir.

Yeni infrstruktur layihələrin istifadəyə verilməsi həm regional əməkdaşlığın strateji önəmini artıracaq, həm də sabitliyi təmin edəcək.

Onu da xatırladım ki, cənab Prezident Türkiyə səfrində türk dünyasının daha da güclənməsinin önəminə diqqət çəkdi, türk dövlətləri arasında iqtsiadi əmədkaşlığın genişlənməsini vacibliyini vurğuladı.

Hesab edirəm ki, Prezident İlham Əliyevin Türkiyə səfəri bütün türk dünyasının iqtisadi əməkdaşlığının genişlənməsinə təkan verəcək”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Mart 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri