Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət olunması Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfənin növbəti təsdiqidir ŞƏRH

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət olunması Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfənin növbəti təsdiqidir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Bu gün Misirdə yalnız Yaxın Şərqin deyil, dünyanın gələcək taleyinin həll olunacağı samit keçiriləcək. Şarm-əl-Şeyxdə Qəzza bölgəsinin gələcəyi ilə əlaqədar təşkil olunacaq sammitdə qlobal siyasətdə söz sahibi olan dövlətlərin başçıları iştirak edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin də bu sammitə dəvət olunması xüsusilə əlamətdar hadisədir.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və Misir prezidenti Abdel Fəttah əs- Sisinin təşkilatçılığı ilə keçiriləcək yüksəksəviyyəli siyasi tədbirdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliya Nazirlər Şurasının Sədri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Yaponiya, Hindistan, Kanada, Yunanıstan, Bəhreyn, Əl-Küveytin, Qətər və İordaniyanın xarici işlər nazirləri, eləcə də BMT və Avropa İttifaqının təmsilçiləri iştirak edəcəklər.

Sammitdə İsrail-Fələstin münaqişəsinə son qoyulması, Qəzza bölgəsinin müharibədən sonra bərpası, dayanıqlı sülhün əldə olunması kimi məsələlər müzakirə ediləcək. Son onillikdə Yaxın Şərqdə baş verən geosiyasi proseslər Suriya, İraq, Liviya kimi dövlətlərdə vətəndaş müharibələrinin başlamasına, hakimiyyətlərin zorla devrilməsinə və bunların nəticəsində milyonlarla insanın qaçqın düşməsinə səbəb olub. İsrail ilə Fələstin arasındakı münaqişə artıq dünyanı narahat edən bir vəziyyətə çatıb ki, bunu da ABŞ Prezidenti Donald Tramp həll edərək, regionda sülhə nail olmaq qərarına gəlib. Onun buna nə dərəcədə nail olacağını zaman göstərəcək. Lakin Prezident D. Trampın təşəbbüsü dünya liderləri tərəfindən məmnunluqla qarşılanıb.

Rəsmi Vaşinqtonun təklif etdiyi plana əsasən, Qəzza bölgəsi HƏMAS ilə əlaqəsi olmayan mülki administrasiyanın rəhbərliyinə veriləcək. Bu administrasiya Fələstin muxtariyyətinə sadiq olacaq, və beynəlxalq nəzarət altında, Körfəz ölkələrinin maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək.

Sammitdə, həmçinin beynəlxalq nəzarətin mexanizmi, terror təşkilatlarının hakimiyyətə buraxılmaması, dağıdılan infrastrukturun bərpası və bunların həyata keçirilməsi üçün xüsusi fondun yaradılması məsələləri müzakirə olunacaq. Bunlarla yanaşı, Qəzza, Misir və İsrail arasındakı sərhəd keçid məntəqələrinin nəzarətdə saxlanılması, Misir, İordanıya və ABŞ arasında əlaqələndirici strukturun yaradılması tədbirlərinə də toxunulacaq.

Tədbir uzun sürən və minlərlə insan tələfatının, humanitar böhranın qarşısının alınması baxımından sülhün bərqərar olması üçün imkandır. Ağ Evin tədbirlə bağlı bəyanatında deyilir: “Bu Sammit dönüş nöqtəsi olaraq, regional sabitilik epoxasının əsasını yaradacaq”. Misir isə Sammit vasitəsilə ərəb dünyası ilə beunəlxalq birlik arasında əlaqələndirici olduğunu nümayiş etdirəcək.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sammitə şəxsən dəvət olunması isə artıq Azərbaycanın qlobal siyasətdə özünəməxsus yer tutduğunu göstərir. ABŞ-da ikinci dəfə Prezident seçilən D. Tramp dünyada baş verən münaqişələrə son qoymaqda qərarlıdır. Bu ambisiyaların reallaşması üçün yaxın müttəfiqlər və geniş dünyagörüşünə malik liderlər lazımdır.

Xatırladaq ki, bu il avqustun 8-də Prezident D. Trampın təşəbbüsü və iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi, iki dövlət arasında sülhə nail olmaq istiqamətində sənəd imzalandı. Bu görüşdə ABŞ rəhbəri Prezident İlham Əliyevlə birbaşa ünsiyyətdə olaraq onun praqmatik və sülhə istiqamətində addımlarını təqdir etdi. Azərbaycanın 44 günlik Vətən müharibəsində Zəfər qazanması rəsmi Bakının hərbi əməliyyatlar apararaq yalnız işğal altında olan torpaqlarını geri qaytarmasını deyil, ədalətin bərpası üçün həyata keçirdiyi tədbirlərin zəruriliyini göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin Prezident D. Tramp tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət alması təsadüfi xarakter daşımır. Azərbaycan Suriyaya yardım məqsədilə onun enerji təminatına dəstək verərək, bu ölkəyə təbii qaz ixrac etməsi faktı Prezident İlham Əliyevin humanist baxışlarını göstərməklə yanaşı, sülhə doğru addım atan siyasi liderlik qabiliyyətində olduğunu da nümayiş etdirdi. Bütün bunlar Azərbaycan Prezidentinin dünya liderləri arasında sülhsevər dövlət başçısı kimi nüfuzunu möhkəmləndirir.

Azərbaycan özünün praqmatik siyasi xətti və iqtisadi inkişafı ilə dünya birliyində layiqli yerini tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regional oyunçu statusundan çıxaraq, qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilməkdədir. Bunu şərtləndirən əsas amil isə Azərbaycan Qarabağı işğaldan azad edərək beynəlxalq təşkilatların da həll edə bilmədiyi problemi necə aradan qaldırmaq lazım olduğunu göstərməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri