Icma.az
close
up
RU
“Prezident Kitabxanası 20 ildə” adlı biblioqrafik göstəricinin təqdimatı olub

“Prezident Kitabxanası 20 ildə” adlı biblioqrafik göstəricinin təqdimatı olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Prezident Kitabxanası 20 ildə” adlı biblioqrafik göstəricinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident Kitabxanasının yaranmasının 20 illiyinə həsr edilmiş biblioqrafik göstəricidə kitabxananın sənəd-informasiya fondunun formalaşması, elektron resursların və biblioqrafik informasiya mənbələrinin yaradılması, kitabxanalararsı və beynəlxalq əlaqələri haqqında çap edilmiş materiallar toplanmışdır.

Göstəricidə Kitabxananın əsas tarixləri (2003-2023) haqqında mətbuat səhifələrində və məcmuələrdə çap edilmiş məqalələr, nəşrlər, kollektiv müəllifi olduğu kitabların biblioqrafiyası illər üzrə əlifba sırası ilə verilib, həmçinin kitabxananın elektron layihələri və internet səhifələrindəki fəaliyyəti də öz əksinin tapıb.

Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə müəlliflərin əlifba göstəricisi tərtib edilib.

Kitabın təqdimatında Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov, BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Azərbaycan Tibb Universitetinin kitabxanasının direktoru Ziyafət Eminova, Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri Aygün Koçak, BDU İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov, Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov iştirak ediblər.

Qonaqlar tədbir çərçivəsində Prezident Kitabxanasının 20 illik fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açıb, daha sonra kitabın tərtibçisi, Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abbasova biblioqrafik göstərici haqqında məlumat verib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədova Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş 2-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

Bildirilib ki, kitabxanalar, cəmiyyətin mədəni və intellektual inkişafına böyük töhfələr verən vacib mərkəzlərdir. Onların fəaliyyəti, biliklərin yayılması, elmi araşdırmaların dəstəklənməsi və mədəniyyətin qorunması üçün əvəzolunmazdır.

Natiqlər çıxışlarında Prezident Kitabxanasının 20 il ərzində Azərbaycan mədəniyyətinin və elminin inkişafına verdiyi töhfələr, onun müasir dövrün tələblərinə cavab verən bir mərkəzə çevrilməsi, bu sahədəki uğurlarının və əhəmiyyətinin mühüm bir göstəricisi olduğunu vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri