Prezident Məhəmməd Əbdülsalamı qəbul edib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlandı.
Ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olundu. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunuldu, bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün, həmçinin gələn il Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulandı. Ölkəmizdə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd edildi.
Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü xatırlandı. Qonaq bu mükafatın sertifikatını dövlətimizin başçısına təqdim etdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















