Prezident Naxçıvanda nümayəndənin və Nəsiminin icra başçısıın vəzifədən azad edilməsindən danışdı
Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
"Naxçıvana da nümayəndə işə təyin etmişdim (Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi- red). Ancaq təəssüflər olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmadı və buna görə vəzifəsindən azad edilib. Bu yaxınlarda Bakının rayonlarından birinə icra başçısı təyin edilmişdim. Həmin təyinatlar qrup şəklində, bir neçə icra başçısının təyinatı idi. Təyinatlar noyabr ayında olmuşdu. Və o vaxt mediada verdiyim sözlər — insanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluqla, korrupsiya ilə mübarizə, sosial ədalət prinsipləri idi. Amma bir aydan sonra təyin etdiyim adamlardan birini vəzifəsindən azad etdim. Yəni bu məni çox narahat edir. Çünki bilirsiniz, mən artıq 22 ildir bu vəzifədəyəm və bu illər ərzində çoxlu kadrlar təyin etmişəm, onlara etimad göstərmişəm".
Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Prezident verilən suala cavabına belə davam edib:
"Hər dəfə yeni təyin olunan icra başçısı ilə ya görüşüm olur, ya da telefonla söhbətim olur. Onların bəziləri televiziya ilə yayımlanır, bəziləri mediada verilmir. Tövsiyələrim də təxminən çox dəyişmir. Və məni narahat edən də odur ki, gənc kadrlar arasında da təəssüf ki, pozuntulara yol verənlər var. Yəni burada söhbət gənc nəsil–yaşlı nəsil məsələsindən getmir. Söhbət insanların keyfiyyətindən, aldıqları tərbiyədən gedir — məktəbdə, cəmiyyətdə.
Ona görə etimad göstərilir. Onu doğruldan hər kəsə dəstək verilir. Mən hər zaman kadrlara qarşı ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb olunur, ya da inzibati qaydada cəzalandırılır. Belə hallar kifayət qədər çoxdur.
Nə deyə bilərəm? Mən davam edəcəyəm. Bu proses hamar deyil. Struktur islahatlarının aparılması, təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan da vacib məsələdir. Mənim təcrübəm bunu göstərir. Struktur dəyişikliyi mümkündür, halbuki Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərində, bəlkə də bütün ölkə üzrə tətbiq oluna bilər. Çünki bu, daha operativ, çevik və daha az məmurun iştirakını tələb edən üstün idarəetmə metodudur. Azad edilmiş ərazilərdə bu model özünü doğruldub. Gələcək göstərəcək.
Ümumilikdə inkişafımız üçün hər bir insan vicdanla, ürəklə işləməlidir. Vicdanla işləmək bu möhtəşəm və tarixi qələbədən sonra cəmiyyətdə yaranmış yüksək ruh halına uyğundur. Biz hamımız bu son beş ili qürurlu, xoşbəxt insanlar kimi yaşamışıq. Ona görə də cəmiyyətdə olan problemlərə — kadrlarla bağlı, məmur özbaşınalığına bağlı məsələlərə daha dözümsüz olmalıyıq. Biz hamımız, mən başda olmaqla, daha tələbkar olmalıyıq.
Bizim cəmiyyətimiz gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir. Ölkəmiz dünya arenalarında görün nə qədər böyük uğurlara nail olub. Bu dediklərim xarici siyasətlə bağlı məsələlərin bir hissəsidir. İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur. Etimad göstərdiyim kadrlar və bütün dövlət məmurları bu prinsiplər əsasında fəaliyyətlərini qurmalıdırlar.
Yenə də qayıdıram ictimai nəzarətə. Çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarətin nəticəsində verilib. Bunu indi ictimaiyyət bilmir. Amma yerlərdən gələn siqnallar yoxlanılır. Uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, mən bunu haradan bilim? Bu siqnallar bir neçə dəfə və bir neçə qurum tərəfindən yoxlanılır ki, burada şəxsi qərəz olmasın. Ondan sonra bu yoxlamaların nəticəsində artıq qərar qəbul edilir.
Bütün məmurlar bunu bilməlidirlər: vəzifəyə təyin olunmaq böyük etimaddır. Amma əgər bu etimad məmur tərəfindən doğruldulmasa, onu çox da uzun müddət gözlətməyəcəyəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Yanvar 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















