Prezident onları təltif etdi
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
İnsan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə:
1. Aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Əliyev Fikrət Əhmədəli oğlu
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
Seyidzadə Dilarə Bağır qızı
Şadlinski Vaqif Bilas oğlu.
2. Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 05 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















