Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Prezident Parlamentdə seçiləcək...

Prezident Parlamentdə seçiləcək...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Gürcüstan yeni parlamentlə yeni dönəmə doğru

Gürcüstanda oktyabrın 26-da ciddi ajiotajla müşayiət olunan növbəti  parlament seçkilərindən sonra  ilk iclasın qanunvericilikdə nəzərdə tutulan vaxtda keçirilməsi də müzakirə predmetinə çevrilmişdi. Məsələ burasındadır ki, qonşu ölkədə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələrinin yekun protokolunu təsdiqləsə də, müxalifət nəticələri hələ də mübahisələndirir. Prezidentin, ayrı-ayrı partiyaların deputat mandatı qazanan namizədləri də daxil olmaqla birləşmiş müxalifət seçkilərdə hansısa nöqsanlara yol verildiyi iddialarından çıxış etməklə yeni parlamenti tanımaqdan imtina edir. Seçkilərdə daha çox deputat mandatı qazanan hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası, bütövlükdə, iqtidar komandası isə seçkilərin xalqın iradəsi əsasında baş tutduğunu bildirir və parlamentin ilk iclasının prosedur qaydalarına uyğun geçiriləcəyini bildirirdi.

Parlamentin içində və çölündə - ilk iclas baş tutdu

Elan olunan yekun nəticələrə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb. MSK-nın yekun protokoluna görə, qalan 61 mandatdan 19-na “Dəyişiklik üçün Koalisiya”, 16-sına “Birlik - Milli Hərəkat”, 14-nə “Güclü Gürcüstan”, 12-nə isə “Qaxariya Gürcüstan üçün” partiyaları sahib olublar. Bununla da, qonşu və dost ölkədə seçkilər baş tutmuş hesab olunur.

Gürcüstan qanunvericiliyi əsas tutulmaqla on birinci çağırış parlamentin ilk iclasının  noyabrın 25-də keçirilməsi qərara alınmışdı. Birləşmiş müxalifət bir gün əvvəldən parlament binasına yaxın küçə və meydanlarda aksiyalara başlamışdı. Məqsəd yeni seçilmiş palamenti baykot etmək, ilk iclasın keçirilməsinə mane olmaq idi.  Hətta müxalifət düşərgəsinin ayrı-ayrı təmsilçiləri prezident Salome Zurabişvilinin rəhbərliyi ilə alternativ parlament formalaşdırılması təklifindən çıxış edirdilər.

Lakin parlament binasının çölündə yaşanan gərginliyə rəğmən, seçicilərin təxminən 54 faizinin dəstəyini qazanan “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası, müvafiq dövlət qurumları ilk iclasın keçirilməsində israrlı idilər və iclas baş tutub.  Ölkə qanunvericiliyinə əsasən, yeni seçilmiş 76 deputat parlamentdə iştirak edərsə, qanunverici orqanın ilk sessiyası işə başlaya bilər. Müxalifətlə bir yerdə olan S. Zurabişvili iştirak etmədiyindən iclası parlamentin ən yaşlı deputatı - hakim “Gürcü arzusu” Partiyasının nümayəndəsi Lado Kaxadze açıb. O bildirib ki, Gürcüstan parlamentinin 89 üzvü qeydiyyatdan keçib və bu, parlamentin öz işinə başlamasına imkan verir.

Gürcüstan parlamentində yaradılan tək fraksiya

İclasda yalnız “Gürcü Arzusu” Partiyasından seçilmiş deputatlar iştirak ediblər. İştirakçılar arasında  partiyanın lideri Bidzina İvanişvili də olub. İclasa yalnız dövlət orqanlarının rəhbərləri və ruhaniyyət dəvət edilib.

İlk iclasda deputatların səlahiyyətləri qəbul edilib. Müvəqqəti Mandat Komissiyası seçilən 150 deputatın sənədlərinin qaydasında olduğunu təsdiqləyib. Komissiya yekun siyahını təqdim etdikdən sonra səlahiyyətlərin tanınması üçün səsvermə keçirilib. “Gürcü Arzusu” Partiyasının 88 deputatı parlamentin 150 deputatının səlahiyyətlərini tanıyıb.

İlk iclasda tək bir fraksiya - “Gürcü Arzusu” fraksiyası yaradılıb. Onun rəhbəri Mamuka Mdinaradze olacaq. İclasda Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib. Bununla bağlı qərarın lehinə 88 deputat səs verib.

Dekabrın 14-də ölkədə prezident seçkiləri keçiriləcək

Dünəndən etibarən isə Gürcüstanda yeni hökumətin formalaşdırılmasına başlanıb. Hökumətn formalaşdırılması səlahiyyəti parlament çoxluğuna - “Gürcü Arzusu” Partiyasına məxsusdur. Məlumat verildiyi kimi, hakim partiya yenidən İrakli Kobaxidzenin Gürcüstan hökumətinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.

Öz növbəsində İ.Kobaxidze yeni kabinetin üzvlərinin adlarını açıqlayıb. Təqdim olunan siyahıya əsasən, yeni hökumətdə xarici işlər naziri, ədliyyə naziri, ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri dəyişir. İ. Kobaxidze  Xarici İşlər Nazirliyinin rəhbəri postuna parlamentin hakim əksəriyyətindən olan deputat Maka Boçorişvilinin namizədliyini təqdim edib. Ədliyyə naziri postuna yeni hökumətdə parlamentin hakim əksəriyyətinin liderlərindən biri olan Ənri Oxanaşvilinin namizədliyi irəli sürülüb. Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri vəzifəsinə isə namizəd kimi yenə də “Gürcü Arzusu”nun təmsilçisi David Songulaşviliyə etimad göstərilib. Hökumətin yeni tərkibi parlamentin noyabrın 28-də keçiriləcək plenar iclasında təsdiqlənəcək.

Cari ildə Gürcüstanda həmçinin prezident seçkilərinin keçirlməsi nəzərdə tutulur. “Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də keçiriləcək”. Bu barədə parlamentin sədri Şalva Papuaşvili dünən baş tutan plenar iclasda məlumat verib. O bildirib ki, artıq məsələ parlamentin bürosuna təqdim edilib.Papuaşvilinin sözlərinə görə, prezidentin inauqurasiyası isə dekabrın 29-da baş tutacaq.

Qeyd edək ki, Gürcüstan tarixində ilk dəfə prezident ümumxalq səsverməsi ilə deyil, parlamentdə seçki kollegiyası tərəfindən seçiləcək.

İlk iclasda tək bir fraksiya - “Gürcü Arzusu” fraksiyası yaradılıb. Onun rəhbəri Mamuka Mdinaradze olacaq. İclasda Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib. Bununla bağlı qərarın lehinə 88 deputat səs verib.

M.ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri