Icma.az
close
up
RU
Prezident Tramp İrlandiyanın birləşməsini dəstəklədi

Prezident Tramp İrlandiyanın birləşməsini dəstəklədi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İrlandiyanın vahid dövlət şəklində birləşməsinin “möhtəşəm hadisə” olacağını bildirib. O, İrlandiyanın baş naziri Mixol Martinlə ikitərəfli görüş zamanı bu prosesin gec-tez baş verəcəyinə inandığını deyib.

Jurnalistin İrlandiyanın birləşməsi məsələsinə münasibətini soruşması Trampı əvvəlcə ehtiyatlı danışmağa vadar edib. ABŞ lideri mövzunun siyasi baxımdan son dərəcə həssas olduğunu etiraf edərək bunun “problem yaratmasını istəmədiyini” söyləyib. Lakin ardınca mövqeyini açıq şəkildə ortaya qoyub: “Mən İrlandiyanın birləşdiyini görmək istərdim”.

İrlandiyanın birləşdirilməsi məsələsi uzun illərdir Britaniya siyasətinin ən mübahisəli mövzularından biri olaraq qalır. Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasını istəyən ittifaqçılar, əsasən protestant icmasından olan siyasi qüvvələrdir. Respublikaçılar isə, əksinə, Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşdirilməsini müdafiə edir və onların əksəriyyəti katolik icması ilə əlaqələndirilir.

Bu qarşıdurma uzun müddət yalnız siyasi müstəvidə deyil, zorakılıqla da müşayiət olunub. Şimali İrlandiyada təxminən 30 il davam edən və “Troubles” kimi tanınan dövrdə məzhəb və siyasi zəmində ciddi toqquşmalar baş verib.

1998-ci ildə əldə olunan və ABŞ-ın vasitəçiliyi ilə formalaşan “Yaxşı Cümə” sazişi Şimali İrlandiyada sülhün əsasını qoydu. Razılaşmaya əsasən, Şimali İrlandiyanın gələcək statusunun dəyişdirilməsi məsələsi yalnız demokratik iradə əsasında həll edilə bilər. İrlandiyanın birləşməsi üçün həm Şimali İrlandiyada, həm də İrlandiya Respublikasında keçiriləcək referendumlarda seçicilərin əksəriyyətinin bu ideyanı dəstəkləməsi tələb olunur.

Məhz məsələnin həssaslığını nəzərə alaraq ABŞ prezidentləri uzun illər ərzində İrlandiyanın birləşməsi məsələsində açıq mövqe bildirməkdən çəkiniblər. Hətta irland mənşəli olduğunu tez-tez vurğulayan Prezident Co Bayden belə bu məsələyə münasibətdə ehtiyatlı davranıb.

Trampın açıqlaması isə Londonda və Şimali İrlandiyadakı ittifaqçı dairələrdə dərhal narazılıq yaradıb. Britaniya hökuməti Trampın bəyanatına cavab olaraq yeni baş nazir Endi Börnhemin avqust ayında verdiyi açıqlamaya diqqət çəkib. Börnhem həmin vaxt Şimali İrlandiyada yaxın perspektivdə sərhəd referendumunun keçirilməsi ehtimalını aşağı qiymətləndirərək, bunun hazırda “gündəmdə olmadığını” bildirmişdi. O, eyni zamanda, “Yaxşı Cümə” sazişinin müddəalarına tam əməl edəcəyini vurğulamışdı.

Şimali İrlandiyanın aparıcı ittifaqçı siyasi qüvvələrindən biri olan Demokratik İttifaq Partiyasının lideri Qavin Robinson isə Trampın mövqeyinə sərt reaksiya verib. Onun sözlərinə görə, Şimali İrlandiyanın gələcəyini London, Dublin və ya Vaşinqtondakı siyasətçilərin bəyanatları deyil, “Şimali İrlandiya xalqı” müəyyən etməlidir.

Lakin Tramp məsələyə nikbin yanaşdığını gizlətməyib. ABŞ Prezidenti İrlandiyanın birləşməsinin niyə mənfi nəticə doğura biləcəyini anlamadığını bildirib və bu prosesin nəhayət baş verəcəyini deyib. O, İrlandiyanın baş nazirinə işarə edərək “prosesi hərəkətə gətirmək üçün doğru adamın” məhz Martin olduğunu vurğulayıb.

Trampın İrlandiyaya səfəri təkcə Şimali İrlandiyanın gələcəyi ilə bağlı açıqlamaları ilə diqqət çəkməyib. ABŞ prezidenti ölkənin siyasi rəhbərliyi ilə ikitərəfli və iqtisadi məsələləri müzakirə edib. Danışıqlarda ABŞ şirkətləri üçün yeni biznes imkanlarının yaradılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər əsas mövzular sırasında olub.

ABŞ şirkətləri İrlandiya iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır. Bir çox nəhəng Amerika şirkətinin Avropa qərargahları məhz İrlandiyada yerləşir. Bu baxımdan Dublin üçün Vaşinqtonla iqtisadi münasibətlərin qorunması strateji əhəmiyyət daşıyır.

Lakin Trampın İrlandiyaya səfəri ölkə daxilində birmənalı qarşılanmayıb. Dublin şəhərinin mərkəzində minlərlə insan ABŞ Prezidentinin səfərinə qarşı etiraz yürüşünə çıxıb. Aksiyalarda Fələstin bayraqları da qaldırılıb. Etirazçılar arasında Trampın siyasətini xüsusilə Yaxın Şərq, miqrasiya və müharibə məsələlərinə görə tənqid edənlər üstünlük təşkil edib.

Etiraz aksiyaları Trampın İrlandiyanın qərbində yerləşən Doonbeg qəsəbəsindəki qolf meydançasının ətrafında və Şennon hava limanında da keçirilib. Bu hava limanında ABŞ hərbçilərinin yanacaq doldurmaq üçün istifadə etdiyi obyektlərə qarşı etirazlar əvvəllər də təşkil olunub.

Tramp isə səfərinə qarşı keçirilən aksiyalardan xəbərsiz olduğunu bildirib. O, etirazların böyük olmadığını deyərək İrlandiyanın müxtəlif bölgələrində artıq səfərlər etdiyini vurğulayıb.

ABŞ Prezidentinin İrlandiya səfərində ölkənin Prezidenti Ketrin Konolli ilə münasibətlər də diqqət çəkib. Konolli 2019-cu ildə Trampın İrlandiyaya səfərinə etiraz edənlər arasında olub. O, 2025-ci ildə İrlandiyanın Prezident seçildikdən sonra da Trampın siyasətini sərt tənqid edib. İki lider arasında fikir ayrılıqları xüsusilə Yaxın Şərq məsələsində özünü göstərir. 

Beləliklə, Trampın İrlandiyaya səfəri sıradan diplomatik görüşdən daha çox siyasi mesajlarla yadda qaldı. ABŞ Prezidentinin İrlandiyanın birləşməsini açıq şəkildə dəstəkləməsi London üçün həssas məsələdir. Çünki Şimali İrlandiyanın gələcək statusu yalnız Britaniya və İrlandiya arasında deyil, həm də regionda onilliklər boyu davam etmiş siyasi və dini qarşıdurmanın nəticələrini müəyyənləşdirə biləcək məsələdir.

Trampın “bu, gec-tez baş verəcək” fikri isə mövzunu yenidən beynəlxalq siyasi gündəmin ön sıralarına çıxarıb. ABŞ Prezidentinin bu məsələdə nə dərəcədə fəal mövqe tutacağı və Vaşinqtonun gələcəkdə mümkün referendum prosesinə münasibəti həm London, həm Dublin, həm də Şimali İrlandiyadakı siyasi qüvvələr tərəfindən diqqətlə izlənəcək.

Hazırladı:

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see239

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see232

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see225

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see222

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see222

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see220

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see218

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see218

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see212

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see200

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see196

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see194

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see194

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see191

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see185

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see184

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see184

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see181

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see178

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri