Icma.az
close
up
RU
Prezident Trampın yeni ÜÇAYAQLI STRATEJİ OYUN PLANI dəniz yolları, enerji təchizatı və qlobal maliyyə üzərində nəzarət...

Prezident Trampın yeni ÜÇAYAQLI STRATEJİ OYUN PLANI dəniz yolları, enerji təchizatı və qlobal maliyyə üzərində nəzarət...

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Trampın andiçmə mərasiminin ardından xeyli yeniliklərin gələcəyi aydındır. Dəyişikliklər Baydenin əmrlərinin ləğvi, miqrantların ABŞ-dan qovulması və Putinə zəng daxil olmaqla, ABŞ-ın 47-ci prezidentinin Avropaya diqqət yetirməklə Amerikada və bütün dünyada asayişi bərpa etmək üçün sürətli və radikal tədbirlər vəd edir.

Elə bu dəyişikliklər qəbilindən Ağ Evin yeni administrasiyasını razı salmaq üçün NATO hərbi gəmiləri Baltik dənizində patrul etməyə başlayıb. Üstəlik, NATO Birləşmiş Qüvvələrinin Ali Komandanlığının bəyan etdiyi kimi, missiya açıq xarakter daşıyır. Aydındır ki, Trampın Qrenlandiya, Panama və Tayvana iddialarını nəzərə alınsa, yeni ABŞ administrasiyasının əsas dəniz yollarına nəzarəti ələ keçirmək üçün strateji planını ortaya qoyan başqa bir gərginlik nöqtəsi yaranır. Bu kontekstdə Baltik istiqaməti Rusiya ilə gələcək ticarət üçün vacibdir. Buna görə NATO gəmiləri Baltik dənzində patrullara başladı.  Eyni zamanda, Vaşinqtonun arzularının siyahısı kifayət qədər genişdir: Rusiyaya Yaxın Şərqə müdaxiləyə imkan verməməkdən tutmuş ABŞ və Çin arasında gələcək münaqişədə Kremlin neytrallığına qədər. ABŞ-la sövdələşmədə “stavkanı qaldırma” baxımından Moskva ilə Tehran arasında “tezbazar” strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Bu o anlama gələ bilər ki, Rusiya Fars körfəzi sahillərində böyük ehtimalla hərbi baza açmağı ağlından keçirir. Yerin “neft ürəyi”ni bilavasitə yuyan sularda – Fars körfəzində potensial hərbi mövcudluq belə, Qərbin Rusiyanın “kölgə donanması”nın tankerlərinə təhdidlərinə cavabdır. Rusiya ilə İran arasında strateji tərəfdaşlıq gələcəkdə ABŞ-la bazarlıq predmetinə hesablanıb, amma görək birinci kim kimi satacaq...

İran Suriyanın geosiyasi itkisinə görə Rusiyaya artıq kompensasiya ödəyib, eyni zamanda Xəzər dənizində və qismən də Fars körfəzində üstünlük təmin edib. Bu istiqamətdə Rusiya nəzarətinin gücləndirilməsi Moskvaya eyni anda üç “Yaxın Şərq” kozırını verir – nəqliyyat-logistika (dəniz və quru yolları daxil olmaqla), enerji (regionun neft hasil edən xüsusiyyətləri nəzərə alınmaqla) və geosiyasi - İran Hindistan və Çindən Avropaya gedən marşrutda ən güclü regional oyunçudur. Qarşıdan gələn dünyanın “Trumpist” bölgüsündə bu, İranın Rusiya ilə sövdələşmədən kənarda qalması deməkdir. ABŞ Çinə həm şimaldan (Arktika dəniz yolları), həm də cənubdan (Panama kanalı, Cənubi Çin dənizi, Yapon dənizi, Hind okeanı) təzyiq göstərərək, Pekinin iqtisadi gücünü hər vasitə ilə azaldacaq. Trampın ABŞ-ın yeni möhtəşəmliyi üçün üç istiqamətli oyununa dəniz yolları, enerji təchizatı və qlobal maliyyə üzərində nəzarət daxildir. Yəni qlobal dəniz logistikasının qarşısını almaqdan əlavə Amerika neft istehsalçıları üçün rekord güzəştlər, eyni zamanda digər oyunçulara sanksiya və rüsumlar tətbiq etməklə yanaşı, eyni zamanda Federal Ehtiyat Sistemini və dollardan qidalanan bankir ailələrini alt səviyyəyə salmaq üçün yeni beynəlxalq kriptovalyuta təqdim etməyi planlaşdırır. Ehtimala görə, “qlobal dollar”ın bəzi tərəfdarlarını BRİKS-in maliyyə sisteminə “axıdacaq”. Vaşqintonsa hər mərhələdə vacib oyunçuların hər birinin çoxsaylı maraqlarını nəzərə alaraq, razılaşma təklif edəcək. Artıq açıqlanıb ki, Ukrayna ilə bağlı danışıqlar “digər Qərb ölkələrinin iştirakı olmadan yalnız Rusiya və ABŞ arasında aparılmalıdır. Moskvanın nə Londonla, nə də Brüssellə danışacağı heç nə yoxdur”. “Rusiya Ukrayna nizamlanması naminə ərazi güzəştlərini müzakirə etmək niyyətində deyil. Dünya Donbass, Novorossiya, Krım və Sevastopolu onun bir hissəsi kimi tanımalıdır”, deyə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev son müsahibəsində bildirib.

Ülviyyə, Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri