Icma.az
close
up
RU
Prezidentdən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına MÜRACİƏT

Prezidentdən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına MÜRACİƏT

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Turkustan.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları!
Əziz uşaqlar!
Sizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər. Forumunuzun ənənəvi şəkil alması da Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.

Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər.
Əziz iştirakçılar!
Siz müstəqillik salnaməmizə şanlı səhifələrin yazıldığı günlərin şahidi olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan uşaqlarının hamısına üz tutub deyirəm:
xoşbəxtsiniz ki, parlaq mədəniyyət yaratmış qədim və böyük bir xalqın övladlarısınız. Siz həm də gələcəyimizin təminatısınız. Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik. Siz bizim üçün çox dəyərlisiniz.
İnanıram ki, Forum çərçivəsində aparacağınız əhatəli fikir mübadiləsi və qəbul edəcəyiniz qərarlar uşaqlarla bağlı dövlət siyasətimizin bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcəkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see216

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see180

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see142

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see142

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see135

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see129

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see128

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see123

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see122

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri