Icma.az
close
up
RU
Prezidentdən müsahibə alan jurnalist: “Əvvəldə həyəcanlı idik” Elmira Musazadə kimdir? FOTOLAR

Prezidentdən müsahibə alan jurnalist: “Əvvəldə həyəcanlı idik” Elmira Musazadə kimdir? FOTOLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarının beş əməkdaşına müsahibə verib.
Dövlət başçısından müsahibə alan telejurnalistlərdən biri CBC telekanalının əməkdaşı Elmira Musazadədir.
Modern.az-ın məlumatına görə, Elmira Musazadə bununla artıq ikinci dəfədir ki, dövlət başçısı ilə müsahibədə iştirak edir. O, 2022-ci yanvarın 12-də də Prezidentdən müsahibə götürən beş yerli jurnalist arasında olub.
Elmira Musazadə uzun illərdir jurnalistika sahəsində fəaliyyət göstərir. O, daha çox siyasi, hərbi və sosial-ictimai mövzulara həsr olunmuş reportajları, eləcə də ölkənin hüdudlarından kənarda baş verən vacib hadisələrlə bağlı materialları ilə tanınır.

CBC TV-nin E.Musazadə haqqında verdiyi xasiyyətnamədə deyilir:
“Elmira Musazadə peşəkar fəaliyyəti dəqiq, obyektiv və balanslı informasiya təqdim etməyə yönəlib. O, media məkanında xüsusi çəkisi olan, etibarlı mənbələrə əsaslanan xəbərçilik prinsiplərinə sadiq qalan jurnalistlərdən hesab edilir”.
Elmira İlqar qızı Musazadə 2014-cü ildən etibarən CBC telekanalında müxbir qismində işə başlayıb. 22 yaşında olarkən telekanalın hərbi vətənpərvəlik mövzusuna həsr olunmuş "Sluju Rodine" verilişinin ssenari müəllifi və aparıcısı olub. 2016-cı ilin Aprel döyüşlərində hərbi müxbir kimi döyüş bölgələrində çəkilişlər aparıb. 44 günlük Vətən müharibəsi ərzində cəbhə bölgəsinə ezam olunan, baş verənləri davamlı şəkildə işıqlandıran və materialları beynəlxalq mediaya yayılan jurnalistlərdən biridir. Həmin dövrdə Elmira Musazadə artıq telekanalın "Xarici dilli xəbərlər" redaksiyasında buraxılış redaktoru vəzifəsində çalışırdı.
2021-ci ilin iyul ayından isə o, telekanalın "Müəllif verilişləri" bölməsinin baş redaktoru vəzifəsinə təyin olunub.

“Lider sadəcə bir vəzifə deyil. Bu, məsuliyyətdir. Müharibə, sülh, gələcək üçün. Və bu mənada Azərbaycan həqiqətən şanslıdır”, - deyə Elmira Musazadə Prezident İlham Əliyevlə müsahibədən sonra dövlət başçısı haqqında təəssüratlarını bölüşərkən bildirib.
“Ölkə başçısı ilə müsahibə hər bir jurnalistin karyerasında ən vacib mərhələlərdən biridir”, - E.Musazadə əlavə edib.
Onun sözlərinə görə, dövlət başçısı ilə müsahibənin əvvəlində jurnalistlərin həyəcan hissi olub, lakin sonrakı dəqiqələrdə Prezidentlə ünsiyyət zamanı yaranan səmimiyyyət bunu aradan qaldırıb:

“Müsahibə üç satdan artıq davam etdi və o qədər vacib mesajlar verildi ki, bunların bəziləri keçən ilin yekunlarına, digərləri bu il üçün müxtəlif istiqamətlərə aiddir”.

E.Musazadə deyib ki, Prezident İlham Əliyevin müsahibələri, sosial mediadakı paylaşımları həmişə, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə maraqla qarşılanıb və həm ölkədaxili auditoriyada, həm də ölkə xaricində ən etibarlı mənbə kimi qəbul olunub.
Telejurnalist dövlət başçısı ilə budəfəki müsahibənin də CBC tamaşaçılarında böyük maraq doğurduğunu vurğulayıb:
“CBC rus dilində yayınlanan telekanaldır və biz görürük ki, cənab Prezidentlə bağlı xəbərlər, müsahibələr həmişə böyük maraqla qarşılanıb”.




A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri